XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 06:20

Qəfil Rusiya-Ermənistan sövdələşməsi – Təhlil

Rusiya Ermənistanda caynaqlarını bərkidir

Prezident administrasiyası İrəvanda baş verən coşğun hadisələrin fonunda şənbə günü Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya-Ermənistan hökumətlərarası komissiyasının həmsədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolovla görüşü haqda məlumat yaydı. Bildirildi ki, Rusiya tərəfi ilə tam bir sıra sazişlər bağlanıb.

Sazişlər

Məlum olduğu kimi, Ermənistan üçün qazın qiyməti yanvardan bəri hər min kubmetrə görə əvvəlki 189 dolların əvəzinə 165 dollar təşkil edir. Bundan başqa, Ermənistan ordusu cəbbəxanasının müasir silahlarla təchiz edilməsi üçün Rusiya 200 milyon dollar kredit verməyə razıdır. Rusiyanın İstintaq komitəsi Gümridə qətlə yetirilmiş Avetisyanlar ailəsi barədə cinayət işini Ermənistanın hüquq-mühafizə orqanlarına verir.

Ermənistan AES-in istismar müddətinin artırılması üçün kredit verilməsi haqda qəti şəkildə müqavilə imzalanır.

Bundan başqa, “Ermənistan elektrik şəbəkələri”nin auditinin keçirilməsi üçün razılıq əldə edilib və Rusiya tərəfi yaxşılaşdırma üzrə proqramı həyata keçirtməyə hazırdır.

Baza əvəzinə silah və Permyakov

Bəzi məlumatlara görə, Ermənistan 200 milyon dollar krediti müasir silahların alınmasına sərf edəcək ki, ölkənin təhlükəsizlik səviyyəsi yüksəlsin və Rusiyanın Azərbaycana silah satması nəticəsində bölgədə pozulmuş hərbi balans bərpa olunsun.

Bu gün məlumat yayıldı ki, parlament Ermənistanadakı Rusiya bazasının dislokasiya müddətini artırmaq məsələsi üzrə növbədənkənar toplantı keçirtmək niyyətindədir. Bu müddət 2010-cu ildə 49 ilədək uzadılıb və deputatların nəyi müzakirə edəcəyi məlum deyil.

Bazanın hərbçisi, Avetisyanlar ailəsini öldürməkdə ittiham edilən Valeri Permyakovun işi erməni hüquqşünaslarına ötürülüb.

Rusiyanın ünvanına energetika təhdidləri

Ermənistanın energetika sistemi, demək olar, tamamilə Rusiyaya məxsusdur. Bu sistem hazırda kollaps həddindədir – texnoloji və maliyyə yatırımları yoxdur və yalnız Ermənistandan pul “qoparmağa” xidmət edir. Bu yöndə Ermənistanı sahəni idarə etmək və suveren energetika siyasəti yürütməkdən məhrum edən bir sıra olduqca ağır müqavilələr imzalanıb. Bundan başqa, bu sahə korrupsiya yuvasına, hakim sistemin müxtəlif seqmentləri üçün gəlir mənbəyinə çevrilib.

Bu, sonsuzadək davam edə bilməzdi. Xüsusən də “Ermənistan elekrik şəbəkləri” ətrafındakı durum Rusiyanın energetika monopoliyasını təhdid etməyə başlayıb. “Elektrik şəbəkələri” çöksə, onda proses permanent olacaq. Rusiya “Elektirk Şəbəkələri”ni xilas etməklə Ermənistan energetikasındakı monopoliyasını xilas edir. Vəsaitlər, bax, buna görə verilir. Eyham vurulur ki, Rusiya subsidiya üçün 25 milyard dram (50 milyon dollara yaxın) verə bilər.

Rusiyanı bu cür addım atmağa nə vadar etdi?

Ermənistan Avrasiya iqtisadi birliyinə girdiyini bildirərkən Rusiyanın 2013-cü il sentyabrın 3-də verdiyi vədləri tamamilə unutduğu nəzərə alınsa, bu müqavilələr həqiqətə çevriləcəkmi? Vəd olunmuş layihələr və imtiyazlar kağız üstündə qaldı. Hətta Rusiya metodik şəkildə Ermənistanın maraqlarına və özünün “strateji” öhdəliklərinə göz yumdu.

Bu, növbəti məzmunsuz blef ola bilərmi?

Xarici siyasət konteksti də diqqətə layiqdir. Beynəlxalq səhnədə Rusiyanın mövqeləri xeyli zəifləyib və igidcəsinə bəlağətə baxmayaraq, Rusiya Qərblə əməkdaşlığı bərpa etmək üçün daha tez-tez təkliflər irəli sürür. Rusiyanın ünvanına meydanoxumalar güclənir və bu ölkə Qərbsiz buna qarşı müstəqil şəkildə dura bilməz. Eyni zamanda Qərb ritorikanı sərtləşdirib və öz şərtlərini diktə edir.

Putin xüsusən də Obama ilə danışıqlardan sonra Ukraynada və Ermənistanda da güzəştlərə getdi. Rusiya bildirdi ki, qazın Ukraynadan tranziti davam edəcək. Ermənistanda baş verənləri isə şərh etdik.

Digər tərəfdən, Ermənistan hökuməti son zamanlar nümayişkaranə şəkildə “qərbyönlü” siyasət yürüdür və dolayısı ilə Qərbdən maliyyə yardımı və Qarabağ məsələsi üzrə dəstək alır. Tutaq ki, ATƏT-in qətnaməsindən Qarabağın “işğalı” ifadəsi çıxardılıb.

İstisna deyil ki. Rusiya qarşısnda məsələ qoyulub – Ermənistanı əlində saxlaya biləcəkmi, ya bu önəmlıi bölgədə onun yerinə başqa qüvvə gələcək? Və Rusiya panika içində öz “strateji” öhdəliklərini yerinə yetirməyə başlayıb.

Aykazn Hagriyan

“Lragir” (Ermənistan), 29.06.2015