XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 13:49

Moskvadan gözlənilməz addım: Putin Əsədlə Ərdoğanın koalisiyasını yaradır

erdoqan esed.jpg

Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədə Türkiyə ilə münasibətləri düzəltməyi məsləhət görüb.

Strateq.az bildirir ki, bu barədə Putin bu gün Suriyanın xarici işlər naziri Valid Muallimi qəbul edərkən bildirib.

Suriyada baş verənləri beynəlxlaq terrorizmin təcavüzü adlandıran Putin qeyd edib ki, belə vəziyyətdə müəyyən problemlər üzə çıxa bilər: “Bu zaman hərbi uğursuzluqlar da mümkündür. Amma biz əminik ki, sonda Suriya xalqı qalib gələcək”.

Putin Moskvanın mövqeyini açıqlayaraq deyib ki, Rusiyanin siyasəti Suriyanın dəstəklənməsinə yönəlib və bu dəyişməzdir: “Bununla yanaşı biz hesab edirik ki, terrorla effektiv mübarizə aparmaq üçün regionun bütün ölkələri ilə səyləri birləşdirmək lazımdır”.

“Bizim bu regionda olan bütün ölkələrlə çox yaxşı münasibətlərimiz var. Bizim onlarla əlaqələrimiz onu deməyə əsas verir ki, bu ölkələrin hamısı İŞİD-ə qarşı mübairzədə öz töhfələrini verməyə hazırdırlar. Bu həm Türkiyəyə, İordaniyaya həm də Səudiyyə Ərəbistanına aiddir”-deyə Putin bildirib.

Rusiya prezidenti Suriya rəhbərliyini bu ölkələrlə konstruktiv dialoqa və İŞİD-ə qarşı koalisiya yaratmağa çağırıb. “Məlum məsələdir ki, qonşular arasında müəyyən cari məsələlərlə bağlı anlaşılmamazlıqlar olur. Amma bu ümumi şərə qarşı mübarizədə səyləri birləşdirmək lazımdır”-deyə Putin bildirib.

çıxış edən V. Muallem deyib ki, Rusiyanın son zamanlarda problemin həllində nail olduğu xidmətləri gözəl anlayırlar.

“Vurğuladığınız qonşu ölkələrlə koalisiyanın effektli olması üçün böyük səy göstərmək lazımdır”,-deyən V. Muallem Putinin adını çəkdiyi ölkələri İŞİD-ə dəstək verməkdə suçlayıb.

“Adını çəkdiyiniz ölkələr çox təəssüf ki, Suriyadakı terrora dəstək verən dövlətlərdir. Amma buna baxmayaraq sizin səylərinizə söykənərək bu istiqmətdə əməkdaşlıq işini aparacağıq”.

Putin cavabında Suriya rəhbərliyinin bu koalisiyanın yaranmasına razı olacağı təqdirdə özünün nufuzundan istifadə edərək bu əməkdaşlıq üçün lazım olan dəstəyi verəcəklərini bildirib.

Xaqani SƏFƏROĞLU