XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 12:12

Azərbaycanın məhşur iş adamı müflis olub- Hafiz Məmmədov məhkəməyə çəkilir

hafiz_memmedov.jpg

İyulun 13-də Böyük Britaniyadakı Vircin adalarının kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited” şirkətinə qarşı məhkəmə iddiasına açıq baxışına başlanılacaq.

Bu barədə “Turan” agentliyi məlumat yayıb. Cavabdehin təsisçisi Azərbaycan vətəndaşı, biznes dairələrində “Hafka” kimi tanınan Hafiz Məmmədovdur.

2012-ci ildə isə “Baghlan Group Limited” “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında 150 milyon dollarlıq istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına qədər tam ödənilməli olsa da, Hafiz Məmmədov bu məsələni həll edə bilməyib.

Bu arada “Baghlan Group Limited” şirkəti ona ləğvedici təyin edilməsi barədə yerli məhkəməyə vəsatət verilib. Vəsatət məhkəməyə bu il, iyunun 17-də daxil olub.

“Baghlan Group Limited” Azərbaycanın “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibi olub. Amma 2014-cü ildə şirkət maliyyə problemi üzündən bu paydan məhrum olub.

Strateq.az