XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2015 - 09:59

Hafiz Məmmədovun şirkətləri çökdü

baqlan.jpeg

İyulun 13-də Böyük Britaniyanın Vircin adalarının Kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited”ə qarşı məhkəmə iddiasına açıq baxış başlanacaq.

Cavabdehin qurumun təsisçisi Azərbaycan vətəndaşı, biznes dairələrində “Hafka” kimi tanınan Hafiz Məmmədovdur, bir neçə nəqliyyat-yükdaşıma şirkəti, kommersiya bankı, futbol komandası və s. ona məxsusdur. (Turan)

İddiaçı qismində “Walkers” şirkəti iştirak edir. Bu gün dövlət qəzetindəki elanda qeyd edilir ki, “Baghlan Group Limited” şirkətinin ləğvedicisinin təyin edilməsi barədə vəsatət məhkəməyə bu il iyunun 17-də daxil olub. “Baghlan Group Limited” «Bahar» və «Qum dəniz» yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibi olub. Amma 2014-cü ildə “Baghlan Group Limited” maliyyə problemi üzündən bu paydan məhrum olub.

Qeyd edək ki, “KSM” şirkətlər qrupu Hafiz Məmmədov və onun iki oğluna məxsusdur. Buraya “Alfa Caspian Shipping”, “Logestics group”, “BQ trans”, “City Bus”, “Ramada Hotel & Suites Baku”, “Baku fans”, “Elit Catering”, “Kono Pizza”, “Candy Boquet”, “Bank of Azerbaijan” və s daxildir.

2012-ci ildə Baghlan Group “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında $150 mln məbləğində istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına tam ödənilməlidir. Görünür, Hafiz Məmmədov bu qiymətli kağızların ödənilməsi problemi ilə üzləşib