XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 16:21

“Nazir iqtisadçı ola bilər, ancaq…” – Heydər Əsədova yeni ittiham
Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev mətbuata açıqlamasında kənd təsərrüfatı üzrə ekspert kimi nazirliyin fəaliyyətini tənqid edənləri ekspert hesab etmədiyini deyib. Hətta onları nazirlikdə ən aşağı vəzifədə çalışanlarla debata çağırıb.
Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirən ekspertlərdən biri – Vahid Məhərrəmov ittihamlara cavab verib.
V.Məhərrəmov mətbuata açıqlamasında deyib ki, bir il əvvəl Murtuzəli Hacıyev ona zəng vuraraq nazir Heydər Əsədovun sözlərini çatdırıb: “Əgər Murtuzəli Hacıyev məni nəzərdə tutursa, bildirim ki, ötən il özü mənə zəng vuraraq nazir Heydər Əsədovun mənimlə görüşmək istədiyini dedi. Dedi ki, ekspert kimi sizinlə görüşərək aqrar sahədə olan problemləri müzakirə etmək istəyir. Lakin həmin vaxt Qubada olduğumdan görüş baş tutmadı. Sonra isə tanınmış ictimai xadimlərdən birinin vasitəsilə nazirlə görüşdük, problemlərdən danışdıq. Mən həmişə özümü ekspert kimi deyil, kənd təsərrüfatı mütəxəssisi kimi təqdim edirəm. Əgər məni ekspert hesab etmirlərsə, niyə görüşmək istəyirdilər?”.
M.Hacıyev nazirlikdə çalışanların ixtisası ilə bağlı da açıqlama verib.
V.Məhərrəmov isə deyir ki, bu sahəyə peşəkar mütəxəssislər rəhbərlik etməlidir: “Nazirlik əməkdaşı da etiraf edir ki, Heydər Əsədov və onun müavinləri iqtisadçıdır. Halbuki kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə bu sahəyə kənd təsərrüfatı üzrə mütəxəssislər, xüsusilə aqronomlar rəhbərlik edir. Nazir iqtisadçı ola bilər, ancaq onun müavinlərindən heç olmasa biri aqronom olmalıdır”.
Ekspert debata hazır olduğunu söylədi: “Belə debat mümkündür, amma rəhbər şəxslərlə…”