XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2015 - 17:30

Estoniya xariсi işlər naziri istefa verdi – Atasına görə
eston-nazir.jpg
Estoniya xarici işlər naziri Keit Pentus-Rosimannus istefa verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb atasına məxsus şirkətlə bağlı məhkəmə iddiasında adının təqsirləndirilən şəxs qismində keçməsidir.
Məhkəmənin bu qərarından sonra Keit Pentus-Rosimannus nazir postundan gedəcəyini açıqlayıb. Tallin Məhkəməsinin məlum qərarıyla razılaşmayan Rosimannus şikayət verəcəyini də bildirib:
«Olduqca ədalətsiz qərardır. Atamın uğursuzluğu ailəyə problem yaratmamalıdır. Estoniya dövlətinə, onun qurumlarına və Avropanın siyasi mədəniyyətinə hörmət edərək vəzifəmdən istefa verirəm. İstefa ərizəmi qəbul etməsi üçün baş nazirə yazılı müraciət göndərmişəm. Heç kimə pislik etməmişəm. Parlamentdə fəaliyyətimi davam etdirmək istəyirəm».
XİN rəhbərinin istefa ərizəsini qəbul edən Estoniya baş naziri Taavi Roivas nazirə bu günə qədərki uğurlu fəaliyyətinə görə təşşəkkür edib:
«Keit mənim hökumətimdə təmsil olunurdu. Onun sayəsində Estoniyanın səsi Brüsseldən Vaşinqtona qədər hər yerdə eşidildi. Uzun illər bir yerdə çalışdığım insanın istefa ərizəsini qəbul etmək mənim üçün çətindir. Onun yanaşmasını hökuməti qorumaq üçün atılan addım kimi dəyərləndirirəm».
Keit Pentus-Rosimannunun atası Vaino Pentusa məxsus «Autorollo» şirkəti 2011-ci ildə iflasa uğramışdı. Sonradan şirkət xanım nazirə qarşı iddia qaldıraraq, ondan 580 min avro təzminat istəmişdi.