“Yaxşı olar ki, mən ABŞ-Azərbaycan əlaqələrindən danışım. Hər iki ölkə bu əlaqələrin gücləndirilməsini istəyir və bu istiqamətdə isləyir. Əlbəttə, müəyyən məsələlər var ki, biz onun üzərində işləyirik”.
Bu barədə ABŞ səfiri Robert Sekuta “Amerikanın səsi”nin “Rusiya-Azərbaycan münasibətləri fonunda bugünkü Azərbaycan-Amerika münasibətlərini necə qiymətləndirirsiniz?” sualının cavabında bildirib.
O eyni zamanda deyib: “Hər dəfə demişəm, bir daha təkrar edirəm, Birləşmiş Ştatlar güclü, çiçәklәnәn, pozitiv, demokratik Azәrbaycan görmәk istәyir. Bizim әlaqәlәrimiz üç istiqamətdə davam etməlidir və edir. Bunlar iqtisadiyyatın inkişafı, tәhlükәsizlik, qanunun aliliyi vә insan haqlarının təmin olunması sahәlәridir. Hər iki ölkә dünyamızda olan bütün xalqların çağırışlarına cavab vermәk üçün birgә işlәmәkdә vә әmәkdaşlıqda maraqlıdır”.
Robert Sekuta qeyd edib ki, o, müntəzəm olaraq Azərbaycandakı tərəfdaşlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irәlilәyişin әldә edilmәsi ilә bağlı danışıqlar aparır.
“Eyni zamanda ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik də öz hәmkarları ilә bu istiqamәtdә iş aparır. Bu yaxınlarda yeni müzakirәlәr olub. Bölgәyә sәfәr etmәk imkanları nәzәrdәn keçirilir. Әsas mәqsәd iki ölkәnin prezidentlәrini bir araya gәtirmək vә münaqişәni ölü nöqtәdәn, yәni hazırki vәziyyәtdәn çıxarmaqdan ibarətdir”.
“Azadlıq” radiosunun Azərbaycan ofisinin açılma ehtimalı və Xədicə İsmayılovanın həbsdən azad edilməsi üçün aparılan işlərlə bağlı sualın cavabında səfir deyib:
“ABŞ dəfələrlə bildirib, yenə də bildirir ki, “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətini ən yüksək jurnalizm standartlarına uyğun olaraq həyata keçirilməsini gözləyir