İyulun 15-də gecə saatlarında Türkiyədə baş verən qiyam zamanı dənizə açıldığı ehtimal edilən 5 hərbi gəmi İstanbul istiqamətindən İzmit körfəzinə qayıdıb.
Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, gəmilər bir-birinin ardınca körfəzdəki Gölcük bazasına daxil olub. Donanma rəisi, admiral Veysel Köselenin gəmilərin birində olub-olmadığı barədə heç bir məlumat verilməyib.
Gəmilərin bazaya qayıtması bölgə əhalisi tərəfindən maraqla qarşılanıb.
Polis Gölcük bazası komandanlığının giriş yolunu yük avtomobilləri ilə bağlayıb.