XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 20:22

Azərbaycanda banka silahlı basqın: polisi yaraladılar…

“Kapital Bank” ASC-nin Abşeron filialına silahlı basqın olub.
APA-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıblar.
Bıçaq və güllə yarası almış mühafizəçi artıq Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazidən uzaqlaşıblar.
İlkin məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin “Kapital Bank” ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.
Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi vurğulanır.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.