XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 10:53

Ronald Reyqana sui-qəsd: Bir dəlinin sevgisinə qurban seçilən prezident – Araşdırma

30 mart 1981-ci il, Vaşinqton, gündüz saat 2.25. Birləşmiş Ştatların prezidenti oteldən çıxıb onu gözləyən Limuzinə sarı yönəlir. Qəflətən atəş açılır. Güllələr Ronald Reyqan və yanımndakı dörd nəfərə dəyir. Prezidenti öldürmək istəyən kim idi, həm də niyə?

Bəziləri dərhal gümana qapılırlar: işin dalında Sovetlər Birliyi durur.

Həqiqətən də, respublikaçı Reyqan uzun müddət kommunizmi kəskin şəkildə tənqid edib. O, “Həmrəylik” kimi tanınmış həmkarlar hərəkatının təşkil etdiyi bir neçə tətildən sonra “qayda yaratmaq” bəhanəsilə Polşaya qoşun göndərməyin ciddi nəticələri barədə sovetlərin lideri Leonid Brejnevə xəbərdarlıq etməklə artıq onları özünə qarşı qaldırmışdı.

Sovetlər həm də öyrənirlər ki, Reyqan sovet raketlərinin Şərqi Avropada yerləşdirilməsinə qarşı əks-tədbir kimi Amerika ordusunun tezliklə güclü şəkildə silahlandırılmasına başlayacaq.

Lakin Kreml hətta başqa bir prezidentə üstünlük versə də, sovetlərin Reyqanı öz dogma vətənində öldürməyə qalxması az ağlabatandır.

Bəs onda kim? Cavab təəccübləndirməyə bilmir. Reyqana kollecin 25 yaşlı məzunu Con Xinkli hücum edib. Həm də səbəb o qədər qəribədir ki, demək olar, inanılmaz görünür.

1981-ci il martın 30-da Ronald Reyqan cəmi 70 günün prezidenti idi. Amerikanın bütün tarixi ərzində ən bahalı seçki kampaniyasından sonra Ronald Reyqan 1981-ci ilin yanvarında Ağ Evə daxil olur. Keçmiş kino-teleulduz Ronad Reyqan təkcə prezident olmuş ilk aktyor deyil, həm də 69 yaşlı ən qoca prezidentdir.

Siyasi məşhurluq ona 1966-cı ildə Kaliforniyanın qubernatoru seçiləndə qismət oldu. Reyqan üç ildən sonra milli qvardiyaya Kaliforniya universitetinin ərazisində Vyetnam müharibəsinin əleyhinə yönəlmiş kütləvi mitinqi dağıtmağı əmr edəndə öz xarakterini qəti şəkildə ortalığa qoyur.

“San-Fransisko kronikl” qəzeti onun sözlərini misal gətirdi: “Əgər orada qanlı bazardırsa, gəlin, buna son qoyaq. Alayarımçıq tədbirlər cavab deyil”.

Reyqan ilk dəfə 1976-cı ildə prezidentliyə can atır və cüzi fərqlə Forda uduzur.

80-ci ildə Reyqan yeni bir cəhd edir. Bu dəfə o, nominasiya əldə edir. Sonra isə bəxtsiz Cimmi Karterin xələfi olmaqla prezident postuna yiyələnir. Yüksək inflyasiya və işsizlik, qeyri-stabil iqtisadiyyat və bütün bunlardan başqa, İrandakı girovlar əhvalatı Karterin qismətinə düşdü.

1979-cu ilin noyabrında Tehranda bir qrup davakar tələbə Birləşmiş Ştatların səfirliyini zəbt etdi. Növbəti ilin aprelində Karter girovları azad etməyə cəhd üçün icazə verir. Lakin 8 helikopterdən 3-ü sıradan çıxır. Nəqliyyat təyyarəsi yerə düşür, səkikiz nəfər həlak olur.

Yalnız 1981-ci il yanvarın 20-də prezident kimi Reyqanın and mərasimi günündə, nəhayət, girovları azad edirlər. Bu, Reyqana imkan verir ki, kampaniyanın gedişində Karteri zəif, fəaliyyətsiz və qətiyyətsiz prezident adlandırsın. Buna görə də seçicilər ölkənin ləyaqətini bərpa edəcək adama səs verirlər.

“Qarşıda məni nə gözləyirsə, ondan qorxmuram. Həm də inanmıram ki, Amerika xalqı da bundan qorxur. Lazım olanı biz birlikdə edəcəyik. Biz Amerikanı yenidən işləməyə məcbur edəcəyik”.

Yaxşı natiq olan Reyqan sadə və anlaşıqlı danışmağı bacarır və bununla da pis günə düşən ölkə iqtisadiyyatına görə və Sovetlər Birliyinə qarşı lazımi tədbirlər görülməməsindən rahatsız olan milyonlarla sıravi amerikalını ələ alır. Lakin yeni respublikaçı prezidenti xoşlamayan insanlar da var. Onlar onu qəddar, sağ ekstremist hesab edirlər.

Lakin 1981-ci il martın 30-da Vaşinqtonda otelin yanında Reyqana atəş açılanda hücum edənin Reyqana qarşı heç bir iddiası yox idi.

Kiçik Con Xinkli, sadəcə, diqqəti özünə cəlb etmək istəyir. Və ümid edir ki, Hollivudun aparıcı gənc aktirasalarından biri Codi Fosteri heyran edəcək.

Xinkli 1955-ci il mayın 29-da Oklahoma ştatında anadan olub. üç uşaqdan ən balacası o idi. üç ildən sonra mühəndis-neftçi atası Dallasda yeni iş yeri əldə etdiyindən ailə ora köçür. Xinkli 1973-cü ildə orta məktəbi bitirib Texasda texnoloji universitetə daxil olur. O, növbəti 7 ili orada keçirdir, lakin beləcə də universiteti bitirmir. Xinkli bütün vaxtını tənhalıqda keçirdir, heç kimlə dostluq etmir. Dərslərə nadir hallarda getməklə evdə qalıb televizora baxır, yaxud kasıb otel və motellərdə gecələməklə ətrafı gəzirdi.

O özünün böyük kumiri Con Lennonu üstələmə xəyalıyla rok ulduzu olmaq arzusundadır. Bir neçə mahnı yazır və musiqi biznesinə girişmək niyyətilə Hollivuda gedir. Lakin bundan heç nə alınmır. Onun pulu qurtaranda valideynlərinin yanına qayıdır.

Müəyyən müddətdən sonar yenidən Hollivuda gedir, lakin cavab eynidir: heç kim onun mahnısını almaq istəmir. O zaman Neşvlə yollanır, lakin o orada da heç kim üçün maraqlı deyil. Evdə yenidən depressiyaya düşür və vaxtının çoxunu televizorun qarşısında keçirdir. Lakin bir film var ki, Xinkli ona dəfələrlə baxmağa hazırdır. Bu, Robert de Niro və Codi Fosterin çəkildikəri “Taksiçi” filmidir. De Niro prezidentliyə namizədi öldürməyə hazırlaşan Treviz Bikl adlı qəribə bir adamın rolunu oynayır.

14 yaşlı Foster fahişə qızın rolunda çıxış edir.

Xinkli dərhal özünü Bikllə eyniləşdirir, eyni paltarı geynir, eyni yeməkləri yeyir və filmin personajının içdiyi spirtli içkidən içir. Eyni zamanda onda Fosterə qarşı qeyri-sağlam ehtiras meydana çıxır. Və hətta onunla rastlaşmaq üçün bir dəfə Hollivuda da gedir, lakin ona rast gəlmir.

Xinkli “Taksiçi”yə 15 dəfə baxıb siyasi qətl ideyasına mübtəla olur. 1963-cü ildə Prezident Kennedinin öldürülməsi və 1972-ci ildə qubernator Corc Uollesə sui-qəsd barədə kitablar oxuyur.

O, elə bu vaxtı neonasistlərin qrupuna daxil olur, lakin onu oradan xaric edirlər. Onun baxışları hətta onlara da əndazəsiz görünür.

Xinkli həyatının bu dövründə də Fosterin dəli-divanəsidir. Məhz bu divanəlik ən sonda onu prezidentin qətlinə cəsarət etməyə vadar edəcək.

Con Xinkli 80-ci ilin mayında “Pipl” jurnalda oxuyur ki, gənc ulduz Foster bu payızda Nyu-Heyvendəki Yel kollecinə gedəcək.

Xinkli onunla tanış olmaqdan ötrü qəti qərara gəlib valideynlərini dilə tutur ki, Yel kollecinin yazıçı kursuna daxil olmaq üçün ona 3600 dollar versinlər. Lakin belə bir kurs yoxdur. Xinkli sadəcə Fosterlə yanaşı olmaq istəyir.

Xinkli ora gəlib uğursuz şəkildə Fosterlə telefonla danışmağa cəhd edir. Sonra onun qapısının ağzına sevgi şerləri və məktubları qoymağa başlayır. Qız ona fkir vermir. Xinkli bir həftədən sonar təslim olur və evə qayıdır. Lakin əvvəlki kimi onun diqqətini cəlb etmək istəyir. Bu qərara gəlir ki, prezidentliyin ikinci müddəti üçün kampaniyay
a başlamış Cimmi Karteri öldürsün.

Xinkli üç revolver və 30 patron alıb Karterin dalınca ölkəni gəzməyə başlayır.

Onun ardınca bu şəhərdən o şəhərə gedən Xinkli bir dəfə onun iki metrliyndə olanda qəflətən başa düşür ki, adam öldürməyə əli qalxmayacaq.

1980-ci il oktyabr 7-də aeroportda Nyu-yorka uçmağa hazırlaşan Xinklidə silah tapanda onu həbs edirlər. FTB və Federal Aviasiya Administrasiyası bu həbs barədə eşidəndə prezidentin təhlükəsizliyinə sorumlu olanlara – məxfi xidmətə məlumat vermir. Xinklidə potensial siyasi qatili görmək çox çətindir. Xəbərdarlıq edib, onu buraxırlar. Silahları müsadirə edirlər və Xinkli valideynlərinin evinə dönür.

Xinkli 1980-ci il oktyabrın 11-də lombarddan 22 kalibrli iki revolver alır və anasına Lyubokdakı kollecə qayıtdığını deyərək evdən gedir. Lakin bunun əvəzinə Vaşinqtona uçur. Bu dəfə onun yeni hədəfi var – prezidentliyə namizəd Ronald Reyqan.

8 dekabr 1980-ci il, Nyu-York. Rok ulduzu Con Lennon öz evinin yanında güllələnir. Onun qatili Mark çepman daha bir tənha divanədir. Xinkli qüssədən başını itirib. O, dərhal Nyu-Yortka uçur ki, Mərkəzi parkda Lennonun kədərini çəkən minlərlə pərəstişkara qoşulsun.

Sonra yenidən evə – valideynlərinin yanına qayıdır. Xinkli iki aydan sonra Vaşinqtona uçub burada bir neçə həftə boş-boşuna veyllənir. O, əvvəlkitək Codi Fosterin dəli-divanəsidir. Lakin Xinkli indi artıq senator Edvard Kennedini – Robertlə Conun qardaşını öldümək niyətindədir. O, hətta düşünür ki, Fosteri və yaxud bir neçə nəfəri onun ətrafında güllələsin.

Lakin tezliklə bu fikirlərdən əl çəkir ki, yenidən fikrini Ronald Reyqanı öldürməyə cəmləsin.

Xinkli bunu nə vaxt və necə edəcəyi barədə düşünür. Fotoqraf onu Vaşinqtondakı Ford teatrının yanında şəklini çəkir. 1865-ci ilin aprelində burada Avraam Linkolnu öldürüblər.

O, həmçinin prezident Kennedinin qatili sayılan Li Osvald barədə məlumat toplamağa başlayır. Xinkli Reyqanı öldürmək planında ondan nümunə kimi istifadə etmək istəyir.

Xinkli 1981-ci il fevralın 19-da qısa bir müddətə evə qayıdır. Sonra bir neçə günlüyə Nyu-Heyvenə Yelə gedir. O yenidən Fosterin qapısının ağzına qeydlər qoymağa başlayır. Qız yerli polisə şikayət edir, onlar deyirlər ki, oğlanı rədd edəcəklər, lakin onu tapa bilmirlər. Harada olduğunu heç kim bilmir.

Əslində isə, valideynləri ona köməkdən imtina edəndən sonra Xinkli Denverin motellərindən birində məskunlaşır. O, prezidenti öldürmək niyyətində əvvəlkindən daha qətiyyətlidir.

Xinkli martda avtobusla şəhərə gəlir. O, 180-ci küçədəki “Sentrl park” otelinə düşür. Yolun birbaşa o tayında Birləşmiş Ştatların məxfi xidmətinin qərargahı yerləşir. Prezidentə hücuma cəmi bir gün qalır. Xinkli öz otağında “Vaşinqton star” qəzetindən Reyqanın gündəlik qrafikini öyrənir. Məlum olur ki, prezident naharda Konnektikud avenyüdəki Hilton otelində konfransa müraciət edəcək.

Xinkli həmin səhər Fosterə son məktubunu yazır. Onda belə sözlər var: “Ehtimal ki, Reyqana sui-qəsd zamanı məni öldürəcəklər. İndi buldiyiniz kimi, mən Sizi çox sevirəm. Codi, əgər sizin qəlbinizi fəth edə bilsəydim və ömrümün sonuna qədər sizinlə yaşaya bilsəydim, bircə anda Reyqanı öldürmək niyyətindən əl çəkərdim”.

Bu məktub beləcə göndərilmədi. Onu sonrа polis tapdı.

Sonra Xinkli öz otelindən çıxır və Hiltona doğru yollanır. İndi prezidentə atəş açmaqdan ötrü münasib məqamı gözləmək qalır.

30 mart 1981-ci il, Ağ Ev, gündüz saat 1.45. Prezident Reyqan və onu müşayiət edənlər Hiltona yola düşürlər. Prezident inşaat fəhlələri həmkarlarının 3500 nəfər üzvünə müraciət edir.

Xinkli otelin yanında kiçik bir kütləyə qoşulur. Qısa nitqdən sonra Reyqan oteldən çıxır. Onu bir neçə köməkçisi, polis və məxfi xidmətin xəfiyyələri müşayiət edirlər.

Xinkli irəli çıxıb atəş açan polisin klassik vəziyyətini alıb atəş açır. Onu vurub yerə aşırtmazdan əvvəl altı atəş açmağa müvəffəq olur. Reyqanı maşına oturdub böyük sürətlə uzaqlaşırlar.

Xəfiyyələr Xinklinin hansı ziyanı vurduğunu yalnız indi aydınlaşdıra bilərlər. Onun birinci atəşi Ağ Evin katibi Ceyms Breydinin başını tutub. İkinci güllə Vaşinqtonun polis zabiti Tomas Delaxandinin kürəyinə dəyib. üçüncüsü, az qala, Reyqanın başına dəyəcəkmiş və yolun o biri tərəfindəki binaya dəyib. Dördüncüsü məxfi xidmətin xəfiyyəsi Timati Makkartiyə, beşincisi isə prezdentin limuzininə dəyib. Xinklinin sonuncu altıncı gülləsi maşından saparaq Reyqanın sol qolunun altından tutub. Lakin o, yana atılanda, görünür, heç kim Reyqanın yaralandığını anlamayıb.

Başlanmış çaxnaşmada Xinklini həbsə alırlar. Eyni zamanda məxfi xidmətin xəfiyyələri rayonun yollarını bağlamağa cəhd edirlər. Onlar atəş açanın tək olmadığından ehtiyatlanıb yeni qurbanlar verməkdən yayınmağa çalışırlar.

Məxfi xidmətin xəfiyyələri və yerli polislər Xinklini maşına sarı sürüyürlər. Lakin qapını aça bilmirlər. Ətrafda əvvəlki kimi hərc-mərclik hökm sürür.

Xinklinin başqa maşının arxa oturacağına atıb məxfi xidmətin iki xəfiyyəsinin arasında oturdub aparırlar.

Ona qarşı insana hücum və onun həyatına sui-qəsd ittihamı irəli sürülür. Prezidentin maşını Ağ Evə doğru şütüyərkən Reyqanı qanlı öskürək tutur. Sürücüyüə dərhal əmr edilir ki, birbaşa Corc Vaşinqton universitetinin xəstəxanasına sürsün. Orada Reyqanı dərhal əməliyyatxanaya götürürlər.

Başqa qurbanları bura gətirəndə artıq Reyqanı əməliyyat edirdilər. Həkimlər prezidentin ürəyindən 7 sm aralı keçən gülləni çıxardırlar.

Həyəcanlanmış arvadı onun yanına girəndə Reyqan zarafatlaşır:

-Əzizim, mən əyləşməyi yadırğamışam.

Prezident əməliyyat olununca dövlət katibi Heyq Ağ Evdə təcili təşkil olunmuş mətbuat konfransında bildirir ki, hazırda vitse-prezident Corc Buş burada deyil, Texasda olduğundan indi ölkənin əsas siması odur. Səs-küy qalxır, Heyqi subordinasiyanı düzgün başa düşməməkdə ittiham edirlər. Konstitusiyaya 25-ci düzəlişə əsasən, prezident əməkqabiliyyətli deyilsə, idarəçiliyi təhvil verir.

Buş axşam saat 6.30-da Vaşinqtona qayıdır və durumu müvəqqəti olaraq nəzarət altına götürür.

1981-ci il aprelin 11-də Reyqanı xəstəxanadan buraxırlar. O, orada olarkən ölkədə və xaricdəki hadisələrin inkişafını diqqətlə izləyirdi. Hətta sovetlərin lideri Brejnevə xəbərdarlıq etdi ki, hələ ki, “Həmrəylik” hərəkatı əzələ nümayiş etdirir, Polşanın başının üstünü almaq lazım deyil. Lakin Reyqan özünü tam şəkildə işə həsr edincə hələ bir neçə həftə keçəcək.

Reyqana hücum zamanı yaralanmış iki polis zabiti sürətlə sağalıb tezliklə xidmətə qayıdır.

Lakin mətbuat katibi Breydin bəxti gətirmir. Başından ya
ralandığına görə əmək qabiliyyətini həmişəlik itirir.

Codi Foster sonralar Xinkilinin Yeldə onu necə bezdirdiyini xatırlayıb açıqlama verir: “Mən bir aktrisa kimi hərdən tanımadığım insanlarla ilgilənməli oluram. Keçən payız C.W. Xinkli imzası ilə bir neçə məktub və qeydlər aldım. Mən hamısını atdım. Bunda təəccüblü heç nə yoxdur, çünki külli miqdarda belə məktublar alıram. Martın əvvəlində bu cür imza ilə 3, ya 4 məktub aldım. 1991-ci il matın 6-da onları öz dekanıma verdim, o isə polisə təhvil verdi. Hazırda onlar FTB-nin əlindədir. Bu məktub və qeydlərin heç birində hanısa bir zorakılıq barədə danışılmayıb və onlarda prezidentin adı çəkilməyib. Mən FTB, Məxfi Xidmət və Baş Prokurorluğa kömək etmişəm və bundan sonra da belə edəcəyəm”.

Prezidentin həyatına sui-qəsd Birləşmiş Ştatlarda silahlara nəzarət barədə müzakirəni yenidən gündəmə çıxardır. Silah gəzdirəmk hüququ konstitusiyada təsbit edilsə də, Xinkli kimi adamların necə asanlıqla silah almasından xeyli adam narahatdır.

4 may 1982-ci il mayın 4-də Xinklinin məhkəmə prosesi başlanır. Ona qarşı 13 müxtəlif ittiham elan edilib. 7 həftədən sonra əqli kəmliyinə görə Xinkli təqsirsiz elan edilir. Onu Vaşinqtonda bugünədək qaldığı Müqəddəs Yelizaveta xəstəxanasına qoyurlar.

Reyqan yaradan tamamilə müalicə olunur. Onun bəxtinə Birləşmiş Ştatların tarixində ən populyar prezidentlərindən biri olmaq düşüb. çünki o, sovetlərin lideri Mixail Qorbaçovla birlikdə soyuq müharibəni sona çatdırır.

Reyqan 2004-cü il iyunun 5-də 93 yaşında vəfat edir. O, Amerikanın ona qədərki hər hansı prezidentindən daha çox yaşadı və soyuq müharibədə qalib gəldi.

Strateq.az