Xəbər verdiyimiz kimi, Prezident İham Əliyevin 5 fevral tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunsa da, hələ də ötən 6 aya yaxın müddətdə təhvil-təslim işləri yekunlaşmayıb.
Bu barədə Strateq.az-a məlumat verən ləğv edilmiş komitənin işçiləri bildirirlər ki, yaranmış qeyri-müəyyənlik onları çıxılmaz vəziyyətə salıb:
“Diqqətə çatdıraq ki, fərmanda qeyd olunan məsələlərin həllinə dair Ləğvetmə Komissiyası yaradılıb və bi komissiya 2 ay ərzində təhvil-təslimi yekunlaşdırıb, Prezidentə məlumat verməli idi. Eyni zamanda, lğəv edilən komitənin tərkibinə daxil olan strukturların Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibinə verilməsinə dair göstəriş olsa da, bu məsələdə hələ öz həllini tapmayıb. Belə ki, keçmiş komitənin Yerquruluşu və Kadastr müəssisəsi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ də Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki barədə bir qərara gələ bilməyib. Ancaq bu dövlət strukturları bu gün də əvvəlki gücü ilə fəaliyyət göstərir və eyni zamanda, mövcudluq uğrunda mübarizə aparır. Lakin bu müəssisələrin də işçiləri digərləri kimi, artıq 3 aydır maaşsız işə gəlib, gedirlər. Bəli, biz 3 aydır maaş almırıq (aprel, may, iyun ayları). Ləğvetmə Komissiyasının maliyyə işləri ilə məşğul olan Sabir Əliyevin “fəaliyyəti”nin nəticəsidir ki, neçə-neçə ailələr ac-susuz qalıb və banklara olan borclarını ödəmək iqtidarında deyil. Faizlər isə günü-gündən artır…”.
İşçilər bildirir ki, artıq dözmək iqtidarında deyillər:
“İndi də daha bir qərar veriblər. Qərara görə, Ləğvetmə Komissiyası təhvil-təslim işlərini avqustun 9-dək uzadıb. İndi biz nə etməliyik? Niyə bizim taleyimiz belə qeyri-müəyyən buraxılıb? Biz nə yeməli, nə içməliyik?!”.
Strateq.az