XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 05:50

Həkim olmaq istəyənlərin nəzərinə – Elan
sec.jpg
Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına müalicə işi ixtisası üzrə 100 nəfərin qəbul olunması nəzərdə tutulur. Tədris rus dilində olsa da, müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın IV ixtisas qrupunda keçirdiyi test imthanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul olmaq istəyənlər rus dili və kimya fənləri üzrə test imtahanı verməlidirlər.
Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyanın keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.
Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.
Qəbul olmaq istəyən şəxslər müvafiq sənədlərini 21-22 iyul 2015-ci il tarixlərində saat 10:00-dan 18:00-dək təqdim edə bilərlər.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu elanı
Объявление о приеме студентов в Бакинский филиал Первого Московского Государственного Медицинского Университета имени И.М.Сеченова
Strateq.az