XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 10:24

“Chatham House”da qapalı Qarabağ müzakirəsi: Separatçı Saakyan çıxış edib- FOTO

catam saakyan iclas.jpg

“Chatham House” bu günə təyin olunmuş qalmaqallı Qarabağ müzakirələri baş tutub.

Strateq.az bildirir ki, Qondarma “DQR”in separatçı rəhbəri Bako Saakyan tədbirdə məruzə ilə çıxış edib.

Saakyan separatçı ərazidə “dövlət quruculuğu”, “xarici və daxili siyasət”, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıb. çıxışdan sonra toplantıda işitrak edən ekspertlərin suallarını cavablandırıb.

Separataçıların lideri deyib ki, “Chatham House”un təhlükəsiz, firavan və ədalətli dünya devizi “ruhən onlara yaxındır”. Görüşdə əcnəbi diplomatlar, alimlər və analitiklər iştirak edib.

Xatırladaq ki, Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) – “Chatham House” iyulun 8-də “Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələr keçirəcəyi barədə elan vermişdi.

“Rusiya və Avrasiya” Proqramı tərəfindən həyata keçirilən toplantıya separatçı qurumun rəhbəri Bako Saakyan toplantıya spiker kimi dəvət edilib. Chatham House onu siyahıda “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edib.

X.SƏFƏROĞLU