Başda Avropa ölkələri olmaqla bütün dünyanın diqqəti Yunanıstana yönələrkən bir bəd xəbər də çindən gəldi. Məlumata görə, çin bazarlarında ciddi bir eniş müşahidə edilir. Birjalardakı itki 29%-i keçdi, yüzlərlə şirkət birjadakı əməliyyatlarını dayandırdı.
Bu ilin əvvəlində həyata keçirilən iqtisadi liberallaşma nəticəsində ciddi şəkildə silkələnən Şanxay birjası iyun ayının ilk günlərindən etibarən 29%-lik bir itki ilə sarsıldı və problem bu gün ən son zirvəsinə qədəm qoyur. çinin digər birjalarında da bənzər proseslər yaşanır.
“Business Insider”-ın “Bloomberg”-e əsaslanaraq verdiyi xəbərə görə, çin bazarlarında qeydə alınan geriləmə 1929-ci ildəki “Wall Street” çöküşünü xatırlatdır. Həmin çöküş 1930-cu illərdə ABŞ iqtisadiyyatını dərindən sarsan böyük iqtisadi böhrana yol açmışdı.
çin hökuməti hazırda ABŞ-in 1930-cu illərdəki təcrübələrindən faydalanmaq istəyir. ölkənin ən zəngin brokerləri keçən həftəsonu bazarları rahatlatmaq üçün çin Mərkəzi Bankının dəstəyiylə ən az 19.3 milyard dollar həcmində hissə sənədi satın alacaqlarını bildirmişdilər.
Qeyd edək ki, ABŞ bankları da 1929-ci ildə oxşar siyasətə əl atmışdılar. “JP Morgan” və digər təşkilatları qiymətləri sabitləşdirmək üçün qaynaq transferlərinə qərar vermişdilər. Ancaq ABŞ banklarının bu əməliyyatı indeks üzərində təsirli ola bilməmiş və Amerika böyük iqtisadi böhrana sürüklənmişti.
çinin bənzər taktikasının da işə yarayıb yaramayacağı hələ dəqiq bilinmir.
çin rəhbərliyi birjadakı enişi dayandırmaq üçün ard-arda bəzi tədbirlər həyata keçirərkən, itkilərinin qarşısını almaq istəyən yüzlərlə şirkət birjadakı əməliyyatlarını dayandırdı.
Ən az 1,301 şirkətin çin borsalarındaki əməliyyatlarını təxirə salmasıyla bazarın 40%-ni təşkil edən ümumi 2,6 trilyon dollarlıq hissə donduruldu.
Strateq.az