XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 09:19

Əsədin son günləri başlanır… – Təhlil

“Hizbullah”ın 3 000-dən artıq döyüşçüsü Suriyada həlak olub

Suriya ordusunun həlledici döyüşlərdə məğlubiyyətlər silsiləsi Dəməşq hökumətinin ölkəyə nəzarət etdiyi haqda istənilən ilülziyanı dəfn etdi. Prezident Bəşər əl-Əsəd öz odusunu bütün ölkəboyu hissə-hissə yerləşdirib və bununla da əsas döyüşlərdə qələbə çalmaq imkanını əsaslı surətdə zəiflədib. Nəticədə hazırda öz qoşunlarını ölkənin böyük ərazisindən Dəməşq ətrafına və ölkənin quzey-şərqindəki ələvi anklavının yanına atmağa məcburdur. Əsədin müharibəni uduzacağı böyük ehtimalla bəlli olandan sonra onun ən yaxın müttəfiqləri, həmçinin dünya dövlətləri və bölgə oyunçuları mübarizənin yekun mərhələsini planlaşdırmağa başlayıb.

“Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah mayın sonunda Suriyadakı müharibənin onun təşkilatına təsiri haqda xeyli bəhs etdiyi nitqlə çıxış etdi: “üzləşdiyimiz təhlükə gerçəkdir. Yaranmış durumdan çıxmaq üçün hazırda bizim ancaq üç variantımız var: müharibəni genişləndirib son dörd il ərzində vuruşduğumuzdan daha çox vuruşmaq, təslim olub amansızcasına öldürülmək və yaxud bəladan bəlaya adlamaqla həm də həqarətə tab gətirib bütün dünyaya səpələnmək”.

“Hizbullah” hərəkatının 3 000-dən artıq döyüşçüsü Suriyada həlak olub, daha 4 000 nəfər də yaralanıb. Suriya yaraqlıları, o cümlədən İŞİD-in əsgərləri Livanda müharibəni təzələmək və təhlükəsizliyə zəmanət kimi “Hizbullah” hərəkatının legitimliyini sarstımaq təhdidi ilə ölkə ərazisinə sızıblar.

Əsədin süqutu təşkilatı Suriya daxilində qiyamçı sünni yaraqlıları tərəfindən fitnəyə çəkiləsi duruma salacaq və həyati önəmli logistik bazadan məhrum edəcək.

İranın Dəməşqdəki müttəfiqinin məğlubiyyətindən sonra, çox güman ki, ona qarşı da hesab elan ediləcək. Bölgənin sünni dövlətləri arasında alyansın yerini dəyişməklə faktiki olaraq oyun qaydalarını dəyişən gerçək oyunçunun – Salman ibn Əbdül-Əziz əl-Səudun Səudiyyə Ərəbistanının taxtına çıxması İranın strateji hesabına mənfir təsir etdi. Səudiyyə, Türkiyə və Qətər arasında daha sıx əlaqələr və onların Suriyadakı təmsilçilərinin nümunəvi uğurları “Suriya bataqlığı”na daha çox batmaq təhlükəsinə görə Əsədlə əlaqəni kəsmək üçün İrana təzyiq edəcək.

İranın dəstəklədiyi Əsəd hökuməti ilə arxasında sünnilərin durduğu qiyamçılar arasındakı vasitəli müharibə Amerikanın Suriya proseslərinin gedişatına təsirini xeyli zəiflədib. Sünni döyüşçülər Amerikanın Əsəd rejimi ilə deyil, İŞİD-lə mübarizəyə daha çox diqqət cəmləmək haqda çağrışlarına etinasız yanaşırlar. ölkədə ən yüksək döyüş qabiliyyətli qüvvə, faktiki olaraq, “Ceyş əl-Fəth”, yəni Fəth Ordusudur. Qurumun tərkibində Amerikanın terrorçu hesab etdiyi sünni qiyamçı qrupları cəmləşib.

ABŞ haqlı olaraq rahatsız olur ki, “Ceyş əl-Fəth”in və başqalarının qələbəsi Suriyadakı antiqərb ünsürləri ruhlandıra bilər. ABŞ hökuməti İraqdakı acı təcrübəni nəzərə almaqla əndişələnir ki, Əsədin süqutunun ardınca tez bir zamanda Suriya ordusunun məğlubiyyəti gələr. Nəticədə ölkə sabitləşdirici gücdən məhrum olar. Pərakəndə qaliblər diqqəti İŞİD-ə yönəltmək əvəzinə, çox güman ki, Liviyada olduğu kimi, bir-birinə hücum edəcək. Qarşıdurma ölkəni idarəolunmaz hala gətirəcək. Eyni zamanda Tartus hərbi-dəniz bazasını strateji baxımdan özü üçün həyati önəmli hesab edən Rusiya, çox ehtimal ki, rejimin tam məğlubiyyətini önləmək üçün nəsə edəcək. May ayında görüşərkən dövlət katibi Con Kerri münaqişənin qabağını almaq üçün beynəlxalq səyləri birləşdirmək təklifi verərkən Rusiya prezidenti Putin buna heç bir maraq göstərmədi.

İŞİD Palmira şəhərini tutandan sonra rusiyalı müşavirlərin ailələrinin köçürülməsi başlandı. Kreml Əsədsiz mümkün gələcəyə hazırlaşıb indi müxalif qruplara təsir əldə etməyə cəhd edir.

Əsəd hakimiyyəti saxlamaq üçün hələlik əlindən gələni edir. Hakimiyyətin bölünməsi haqda saziş tamamilə istisna olunur. Suriyanın coğrafi mövqeyi dini əlamətlər üzrə sektorlara bölgüyə çox da uyğun gəlmir. Əsəd sarsıdıcı məğulubiyyətə yol verməmək və əlverişli siyasi həll ümidilə legitimlikdən ötrü hərbi kampaniyanın hədəflərini azaldıb. İŞİD-in yüksəlişi hökumətin tələblərinə dəstək verdi, terrorçu qruplaşmalar Suriya risklərini öz üzərinə götürdü. Bununla belə, rejim getdikcə özünü daha çox təcriddə hiss edir.

çətin ki, Əsədin son günləri yaxşı ola. Onun klanının birləşmiş üzvləri, siyasi müttəfiqləri və ələvi azlığın böyük əksəriyyəti sağ qalmaq uğrunda mübarizə aparacaqlar.

Lakin hansısa yolla siyasi həll tapılmayınca, Suriyanın taleyi sünni döyüşçülərin xomslu liderinin 2012-ci ildə alman reportyoruna dediyi peyğəmbəranə sözlərə uyğun gələcək. O demişdi: “Bu, say məsələsidir. 18 milyon sünni ona qarşıdır. Əsəd onların hamısını öldürməlidir, əks halda biz qələbə çalıb onu və əlaltılarını öldürəcəyik”.

Şlomo Ben-Ami

“Project Syndicate” (ABŞ), 06.07.2015