XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 18:36

ABŞ alimindən şok təklif: “Yunanıstan Türkiyəyə birləşsin!”

Afina hökuməti 2008-ci ildən bu yana davam edən iqtisadi böhrana çarələr tapa bilmirdi. Deyəsən, onun axtardığını ABŞ-ın beynəlxalq əlaqələr üzrə professoru Tom Ginsburq tapdı. Məlumata görə, professor Yunanıstana Türkiyəylə birləşmə mesajı göndərib.

Ginsburqun “Huffington Post” qəzetində dərc olunan məqaləsi bu ifadələrlə başlayır: “Getsinmi, qalsınmı? ötən həftəsonu yunanlar kreditorlara hər kəsin bildiyi barmağı göstərən tələsik referendum təşkil edib səs verdilər… “

Yazısında yunan hökumətini populizmdə günahlandıran müəllif “Heç kim bundan sonra nə olacağından əmin deyil. Hər kəsin həmfikir olduğu tək məsələ isə Yunanıstanın avrozonadan çıxışının “çirkin və ağrılı” olacağıdır” yazıb.

Yunanıstanın variantlarının məhdud olduğunu ifadə edən alim, ən “optimal” fikrini də açıqlayıb: 'Türkiyəyə birləşmək.'

İki ölkənin ortaq bir keçmişə sahib olduğunun vurğulayan Ginsburq Troya antik şəhərinin Kiçik Asiyada yer aldığını və İstanbulun bir zamanlar Bizans imperatorluğunun paytaxtı olduğunu xatırladıb, iki ölkənin Yunanıstanın müstəqilliyini elan etdiyi 1821-ci ildən bu yana dörd dəfə savaştığına diqqət çəkib.

“Türk-yunan konfederasiyası qurulsun!”

“Bu fikir göründüyü qədər gülünc deyil” – deyən Ginsburqun yazısı belə davam edir: “Yunanıstan avrodan ayrılıb dəyişən iqtisadi şərtlərdə nisbətən sabit qalan Türk lirəsini istifadə etməyə başlaya bilər. İki ölkə siyasi olaraq pul və maliyyə siyasətini Ankaranın müəyyənləşdirdiyi, ictimai mövzulardakı qərarları isə Afinanın verdiyi bir konfederasiya meydana gətirə bilər. “

Ərdoğanın 'imperatorluq fantaziyası'

Yunanıstanın 11 milyonluq əhalisinin 75 milyonluq Türkiyəyə əlavə olunmasının asan olacağını yazan Ginsburqa görə, bu vəziyyət prezident Rəcəb Tayyib Ərdoğanın 'imperiya qurmaq fantaziyası”nı həyata keçirməsinə də imkan verəcək.

Türkiyə ilə Yunanıstan arasında qurulacaq birliyin Kipr kimi xronikiləşmiş problemlərin həllində də faydalı olacağını vurğulayan Ginsburq yazısını “Qorxma, Yunanıstan! Görkəmli keçmiş bugünkü labirintdən çıxış yoludur”- sözləriylə bitirib.

Strateq.az