XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 05:01

Kürd separatçılarının yeni planı- Öcalansız PKK

Türkiyə xəfiyyə orqanlarının yeni hesabatı mətbuata sızdırılıb. PKK-nın təşkilatdaxili mübarizələrini əks etdirən hesabatda son zamanlar bəzi separatçıların kürd xalqı üzərində Abdullah öcalanın təsir gücünü azaltmaq üçün həyata keçirdiyi strategiyalardan bəhs edilir. Bu işdə əsasən HDP həmsədri Səlahəddin Dəmirtaşın adı hallanır.

Hesabata görə, S. Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaş “Şiyar” kod adıyla PKK-nın mərkəzi aparatında yer alır. Hər iki qardaş “öcalansız PKK” layihəsinin ən fəal üzvlərindəndir. Son zamanlar separatçı təşkilatın müxtəlif liderləri tərəfindən dilə gətirilən “Abdullah öcalan nəzarət altındadır, onun öz iradəsinə əsaslanıb rassional qərar vermək imkanı yoxdur” fikrini formalaşdırmaq bu planın tərkib hissəsidir. Planda öcalana qurucusu olduğu təşkilatın “fəxri sədri” adının verilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu ünvan simvolik xarakter daşıyır və onun həlledici qərar vermək səlahiyyəti yoxdur.

Kəşfiyyat məlumatlarında bildirilir ki, Nurəddin Demirtaş təşkilatın üst səviyyəli idarəçiləri olan Səbri Ox, Cəmil Bayık, Mustafa Qarasu və Duran Qalxanı təşkilatda “öcalansızlıq” dövrünün başlamasına razı salmağa çalışır. Köhnə liderlərinin könlünü qırmamaq üçün isə ona “fəxri sədr” ünvanının verilməsini təklif edir. Daha aşağı rütbə mənasına gələn bu addımla İmralıdan gələcək təlimatların tanınmaması hədəflənir.

PKK-nın müxtəlif liderlərinin son vaxtlar verdiyi açıqlamalar, həqiqətən də, bu məlumatları təsdiqləyəcək mahiyyətdədir:

-Bir müddət əvvəl öcalanın “silahları buraxın” çağırışına PKK-ya faktiki liderlik edən Muraq Qarayılan eyni arqumentlə cavab vermişdi. O, silah buraxma iradəsinin İmralıda deyil, özlərində olduğunu demişdi;

– HDP liderlərindən Kürkçü də mübahisəyə açıq mövqe nümayiş etdirmişdi. Jurnalistlərin öcalanın hökumətlə razılaşdığı iddiaları ilə bağlı suallarına cavabında o, “öcalan bizim razılaşmadığımız heç bir addımı atmaz. öz möhtərəmliyini müzakirə mövzusuna çevirməz” demişdi.

– Sabiq millət vəkili Aysel Tuğluk isə 2013-cü ilin yanvarında verdiyi bir açıqlamada bildirirdi: “Kürd hərəkatının aktyorları arasında heç bir üstünlük fərqi yoxdur. öcalan təşkilatda kilid rolda ola bilər. Ancaq bu, “hər şeyin qərarını öcalan verəcək” anlamına gəlməz”.

Strateq.az