Hökumət bazar güclərinin öhdəsindən gələ bilmir
çin hökuməti həmişəki kimi etibarlı yol seçib. Həm də ən etibarlı üsul vahiməni “fırlatmaqdır” – dövlət orqanlarının vahimənin qabağını almaq üçün əlindən gələni etmək niyyəti barədə açıqlamadır. Lakin bu, çin hökuməti üçün ciddi nəticələr doğura bilər: axı hökumət sabit şəkildə artan fond bazarına güvənir və hətta təbəələrini təkidlə çağırdı ki, yatırım qoysunlar. Sonuncular isə kütləvi qaydada üzüyola şəkildə bunu etdilər. Lakin hazırda ilk növbədə Pekinin hədsiz inamszılığı üzə çıxır – bütün əsil və xəyali böhranlar dövründə olduğu kimi. Bu ölkə dünya səhnəsində özünü elə aparır ki, sanki ölkənin qüdrəti misilsizdir. Hökumət bununla da öz legitimliyini sarsıdır. O isə nə xalqın azad iradəsinin ifadəsinə əsaslanır, nə də müstəqil qurumlara. Əksinə, kommunist patiyası öz ağalığını həmişə bununla əsaslandırıb ki, ölkədə sabitlik və rihafı təmin etməyə təkcə o qadirdir.
Bəs indi? Hələ keçən həftə təhlükəsizlik qanununda iqtisadi təhlükəsizliyin dövlətin milli təhlükəsizliynin təməli olduğunu bildirən məmurlar qeyd edirlər ki, bazar güclərinin öhdəsindən gələ bilmirlər.
Bu güclər hadisələr düzgün inkişaf etməyəndə, çində olduğu kimi səhmlər cəfəng səviyyədə qiymətləndiriləndə həmişə etdiklərini edirlər.
İqtisadçıların sözlərinə görə, bu, tamamilə məntiqidir və kürəsəl mənada işlərin marağına cavab verir. Xoşa gəlməyən yalnız budur ki, bu zaman iqtisadi planda xeyli sadə insan əziyyət çəkir. Ən xoşagəlməzi odur ki, hər yerdə və həmişə hamıya və hər şeyə nəzarət etməyə can atan hökumət aşkar şəkildə etiraf etməyə məcburdur ki, məhz nəyi edə bilmir.
Bütün bunlar kommunist partiyası və onun funksionerlərinin ağalığı üçün aşkar təhlükə yaratmır. Lakin hökumətin zəiflik göstərdiyinin dərki milyonlarla çinlinin yaddaşında uzun müddət kök atacaq. Partiyanın gələcək məmurlar nəslinin hansı nəticələr çıxartmaq lazım gəldiyi haqda düşünməyinə dəyər. Əvvəlki təcrübə yada salınsa, onların repressiyaları sərtləşdirmək xüsusunda qaçılmaz qorxu meydana çıxır. Yeri gəlmişkən, hadisələrin bu cür inkişafında nə zamansa kommunist partiyasını xilas etməyin mümkünsüzlüyü anı yetişəcək. Və bu, yaxşı ssenari olardı.
Peter Şturm
“Frankfurter Allgemeine Zeitung” (Almaniya), 09.07.2015