XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2015 - 10:04

Daşınmaz əmlak bazarı çökür

101809_res_01

2015-ci ilin ilk beş ayında Azərbaycanın daşınmaz əmlak bazarında 29% azalma olub. İllik hesablamada da eyni mənzərədir – 29,4% azalma (1 iyun 2014-cü ildə 2144,146 mln manat, 1 iyun 2015-ci ildə 1513,022 mln manat).

Təkrar bazar 33,4% azalaraq 1326,727 mln manat təşkil edib, ilkin bazar 22,9% artaraq 186,295 mln manata çatıb, – deyə Azərbaycan Mərkəzi Bankı bildirir.
Vasitəçilərin payı 2014-cü ilin iyunu ilə müqayisədə 39,4% azalıb.

İpoteka kreditləşməsi 10,8% – 52,7 mln-dan 47 mln manata qədər azalıb. Fevral devalvasiyasından sonra ipoteka kreditləşməsi dayanıb, sonra yenə canlanıb.

Ekspertlər ipotekanın mənzil bazarında aktvlikdə və qiymət müəyyənləşməsində rolunu qeyd edirlər. Kreditləşmə həcmi azalsa, daşınmaz əmlak bazarında qiymətlər daha da düşəcək. Avropa Oyunlarından sonra “möcüzə” gözləyərək, bazarda qiymətlər donub. Amma böhrandan çıxış 2009-cu ildəki kimi tez olmayacaq. O vaxt iqtisadiyyat inkişaf edirdi. İndi əksinədir və payızda qiymətlər yenə ucuzlaşa bilər. çünki vəsait axtaran vətəndaşlar qeyri-likvid əmlakdan qurtulmaq istəyəcək. (“Turan”)