XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2015 - 09:41

AKP kiminlə koalisiyaya gedəcək?

gorush_koalisiya.jpg

7 iyun 2015-ci il parlament seçkilərində heç bir partiya təkbaşına hökumət qurmağa yetərli mandat qazanmadığından Türkiyədə koalisiya hökuməti qurulması üçün bazar ertəsindən rəsmi müzakirələrə start veriləcək.

İyulun 13-də prezident Rəcəb Tayyib Ərdoğanın koalisiya hökuməti qurmağı həvalə etdiyi AKP sədri, baş nazir Ahmet Davutoğlu CHP, 14 iyulda MHP, 16 iyulda isə HDP ilə danışıqlar aparacaq. Ramazan bayramından sonra baş nazir Davutğolu ikinci dəfə partiyalarda görüşlər keçirəcək.

Əgər Davutoğlu koalisiya hökuməti qura bilməsə, onda prezident bu dəfə bu missiyanı CHP sədri Kamal Kılıcdaroğluna tapşıracaq.

Xatırladaq ki, 7 iyun parlament seçkilərində AKP 40.66, CHP 25.13, MHP 16.45, HDP isə 12.96 faiz səs alıb.

Qeyd edək ki, Türkiyədə 12 sentyabr 1980-ci il hərbçiərin dövlət çevrilişindən sonra 7 koalisiya hökuməti qurulub. Bu hökumətlərdən ən uzunömürlüsü DSP, MHP, ANP işbirliyi ilə qurulub və 3.5 il ölkəni idarə edib.

1996-cı ildə qurulan ANAP-DYP koalisiyası isə cəmi 3 davam edərək 1980-ci il çevrişindən sonra ən azömürlü koalisiya hökuməti kimi tarixə düşüb.

Strateq.az