XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyul 2015 - 15:06

Kürdüstan müstəqilliyə döğru ilk addımı atdı və Ankara da buna razılıq veribmiş

Şimali İraq kürd muxtariyyatı artıq öz neftini özü satır. Bunu İraq parlamentinin Neft və Enerji komissiyasının sədri Arəz Abdullah deyib. Mətbuata açıqlamasında deputat həmçinin bildirib ki, bu hüquq Mərkəzi İraq hakimiyyəti ilə 6 ay bundan öncə bağlanmış müqavilənin şərtlərindən irəli gəlir və iyulun ilk günündən etibarən, Şimali İraq nefti Bağdada göndərilmədən, yaxud onun icazəsi alınmadan birbaşa xarici ölkələrə satılacaq. Arəz Abdullaha görə, yaranan yeni şərait İraqın iki yerə bölünməsinin ilk addımı deməkdir.

Bağdadla bağlanmış həmin müqaviləyə əsasən, faktiki olaraq, iqtisadi müstəqillik qazanan Şimali İraq ciddi neft ehtiyatlarına malik coğrafiyadır. Kürdüstan Təbii Sərvətlər Nazirliyinin hesabatına görə, təkcə Kərkükdə gündə 150 min barrel neft ixrac olunur. Digər bölgələrdən xaricə satılan neftin həcmi isə, nə az, nə çox, düz 450 min barreldir. üst-üstə gündə 600 min barrel neft satma potensialının Şimali İraqda qurulmaqda olan yeni dövlətin büdcəsinə xeyli vəsait gətirəcəyi və onun öz ayaqları üzərində durmasını təmin edəcəyi gözlənilir.

Maraqlıdır ki, Türkiyə hökumətinin də “Kürdüstan”ın neft ixracatına mane olmayacağına dair öhdəliyi var. Hər halda bunu da kürd rəsmiləri bildirir. İddianın sahibi Şimali İraq muxtariyyatının rəsmisi Sefin Dizaidir. O, Rudaw.net informasiya portalına açıqlasında deyib: “Kürdüstan hökuməti Türkiyə ilə saziş imzalayıb. Türkiyənin yeni hökuməti də bu sazişə sadiq qalacaq. Sazişdə Ankara Ərbilin neft ixracatına mane olmayacağına dair öhdəlik götürüb. Ayrıca, rəsmi Ankara ilə siyasi, iqtisadi əlaqələr başda olmaqla, bütün sahələrdə əməkdaşlığımız davam edəcək”.

Heydər Oğuz

Strateq.az