XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 14:00

ASAN Xidmət Seymur Həzinin nikahınaəngəl yaradır

ASAN Xidmət Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir.

Bu haqda Meydan TV-yə N.Yaqublunun özü məlumat verib. O bildirib ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya bildiriblər ki, 10 dəqiqə gecikdiyindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı bəlli deyil.

Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.

Nigar Yaqublu bildirib ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.

ASAN Xidmətin əməkdaşı Aygün Hüseynova ilə əlaqə saxlamaq mümkün olmayıb. O, zənglərə cavab verməyib. 

Nigar Yaqublu hələ də nikah masasında əməkdaşın gəlməsini gözləyir.