XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2015 - 20:02

Rus ordusu hərəkətə keçdi – “Bakı-Supsa” kəməri təhülkədə!
“Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət alternativ layihəni işə salacaq”.
Gürcü qaynaqları xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.
“Burada söhbət 1500-1600 metrlik yeni bir hissənin inşasından gedir” – deyə, nazir qeyd edib.
Xatırladaq ki, Tsxinvali regionunda (Cənubi Osetiya) Rusiya işğalçı qüvvələri bir neçə gün öncə tikanlı məftillərdən ibarət sərhəd xəttini bir neçə 100 metr Gürcüstan daxilinə sürüşdürdükdən sonra bp şirkətinin operatoru olduğu Bakı-Supsa kəmərinin bir hissəsi faktiki işğal altına düşüb (musavat.com).