XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 07:23

Hökumətdən və banklardan vətəndaşlara Ramazan sürprizi: borclulara yeni şərtlər təklif olunur

merkezi_bank_0001.jpg

Bu gündən etibarən kommersiya banklarının bir neçəsi ABŞ dolları ilə götürülən istehlak kreditləri üzrə ödənişləri gecikdirən müştərilərinə yeni şərtlər təklif edərək, yeni müqavilə bağlamağa dəvət edirlər.

Bu barədə Strateq.az-a vətəndaşlar məlumat veriblər.

Bildirilir ki, banklardan vətəndaşlara gecikmələr üzrə faizlərin hesablanmayacağı, yeni kredit tarixçəsi açılacağı və müqavilənin müddətinin uzadılacağı söylənilib. Bu zaman müqavilə şərtləri elə müəyyən olunur ki, vətəndaş vaxt uzandığına görə, faiz ödəməsin, sadəcə, borcunu ödəmək üçün əlavə vaxt qazansın. Banklardan bunu hökumətin tövsiyyəsi ilə edildiyini də açıq söyləyiblər. Artıq məhkəmələrə göndərilən işlərin də geri qaytarıldığı haqda məlumatlat var.

Qeyd edək ki, iyulun 10-da Mərkəzi Bank üçot dərəcəsini 3,5 faizdən 3 faizə endirdi. 0,5 faizlik endirm, faktiki olaraq, bank sektoru üçün nəzərəçarpacaq güzəşt idi. Bu endirm kommersiya banklarına daha aşağı faizlə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı yaradır. Eyni zamanda, bankların əhaliyə daha aşağı faizlə kreditlər verilməsinə yol açır.

Bu proseslərdə diqqətçəkən məqamlardan biri də, hökumətin banklara “kökə ilə yanaşı, qamçı” nümayiş etdirməsi oldu. Mərkəzi Bankın sədri bankların rəhbərliyi ilə görüşdü və kredit faizlərinin aşağı salınması ilə bağlı razılıq əldə olundu…

Bank sektorunun şıltaqlığına hər zaman dözümlü yanaşan hökumət bu mərhələdə bankirlərin də məsuliyyətə ortaq olması, daha məsuliyyətli davranmalarına, bir çox hallarda spekulyant görsənişlərdən əl çəkməsinə çalışır.

Artıq bu siyasətin ilk bəhrəsi görünməkdədir. Əgər proses bütün bank sektorunu əhatə etsə, bu, hökumət və banklardan vətəndaşlara əsil Ramazan sürprizi sayıla bilər

Strateq.az