XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 11:59

Bağlanan 4 bank üzrə5 milyon manatadək kompensasiya ödənilib

Manat 50

Lisenziyası ləğv edilən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 273 min 767 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 847 min 792 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 397 min 928 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 440 min 355 manatdan çox kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 4 milyon 959 min 841 manatdan çox kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) AZƏRTAC-a verilən məlumatda bildirilir.

Qeyd edək ki, avqustun 1-dən Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmələri mümkündür.

Strateq.az