XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 14:31

Konstitusiya MəhkəməsiOmbudsmanın sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 29-na təyin edilmiş iclasında baxılacaq.

Strateq.az