XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 10:03

Bakının bəzi hissələrinin su təchizatıməhdudlaşdırılır

Azersu1

Bu gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə – İzmir küçəsində 5, 7, 9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.