İspaniya hökuməti Avropada çox məşhur istirahət zonası olan Balear Adalarında ilan hücumlarına qarşı mübarizə üçün Avropa İttifaqından kömək istəyib.
AZƏRTAC RİA Novosti Agentliyinə istinadla xəbər verir ki, İspaniyanın kənd təsərrüfatı və balıqçılıq naziri Visenk Vidalın Brüsseldə Avropa Komissiyasının ətraf mühit üzrə baş direktoru Daniel Kalex ilə keçirdiyi görüşdə Balear Adalarının simvolu olan kərtənkələlərin müdafiəsi üçün ilanların artımına nəzarət məsələsi müzakirə edilib.
Yerli hökumət orqanları problemi aradan qaldırmaq məqsədilə zeytun ağaclarının və sürünənlərin sevimli yerləri olan digər ağacların adaya gətirilməsini məhdudlaşdırsa da bu, istənilən nəticəni verməyib.