XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 07:00

İranla Qərb anlaşdı- Tarixi razılşma əldə olundu, şərtlər açıqlandı (Yenilənib)

Nuve_2.jpg

İranla “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Rusiya, çin, Fransa və Almaniya) Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə ediblər.

Türkiyənin NTV kanalının xəbərinə görə, adının açıqlanmasını istəməyən iranlı diplomat bu barədə məlumat verib. “Sərf etdiyimiz böyük zəhmət öz bəhrəsini verdi və bir razılaşma imzaladıq “, – deyə digər iranlı rəsmi bu xəbəri təsdiqləyib.

ABŞ Dövlət Departamentinin rəsmisi Mari Xarf da öz Twitter hesabında bu məlumatları təsdiqləyib və son iclasın Vyanda Moskva vaxtı ilə saat 11.30-da baş tutacağını yazıb.

Bundan sonra isə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Hələlik anlaşmanın detalları barədə təfərrüatlar məlum deyil.

Xatırladaq ki, bu gün Vyanada saat 09.30-da “Alıtılıq” ölkələri və İran təmsilçilərinin danışıqları başlamışdı.

Detallar barədə əlavə məlumat verəcəyik.

***

İranla “altılıq” arasında əldə olunan razılaşmanın əsas maddələri bəlli oldu.

Strateq.az xəbər verir ki, əlavələrlə birlikdə, təxminən, 80 səhifə olan və hüquqi baxımdan tövsiyə xarakteri daşıyan razılaşmanın detalları açqlanıb. Ən önəmli maddələr bunlardan ibarətdir:

– Razılaşma BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təsdiqindən 90 gün sonra qüvvəyə minəcək;

– Razılaşma qüvvəyə mindikdən sonra BMT TŞ-nın İrana qarşı sanksiyalara əsas verən 7 qətnaməsi ləğv olunacaq;

– Silah embarqosu 5, raket embarqosu isə 8 il daha qüvvədə qalacaq;

– 15 il boyunca uranın zənginləşdirilməsi nisbəti 3.67%-i keçməyəcək;

– İran “Fordo” nüvə obyektini texnologiya mərkəzinə çevirəcək. Bu obyektdəki nüvə makinaları izotop istehsalında istifadə ediləcək;

– 5 + 1 ölkələri İranla ildə, ən azı, 2 dəfə nazirlər səviyyəsində görüşüb nüvə razılaşmasına əməl edilib-edilmədiyini müzakirə edəcəklər;

– İran razılaşmada nəzərdə tutulan maddələrin şərtlərini pozarsa, pozuntu tarixindən etibarən 65 gün ərzində sanksiyalar yenidən tətbiq olunacaq.

Strateq.az