İranla “altılıq” arasında əldə olunan razılaşmanın əsas maddələri bəlli oldu.
Strateq.az xəbər verir ki, əlavələrlə birlikdə, təxminən, 80 səhifə olan və hüquqi baxımdan tövsiyə xarakteri daşıyan razılaşmanın detalları açqlanıb. Ən önəmli maddələr bunlardan ibarətdir:
– Razılaşma BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təsdiqindən 90 gün sonra qüvvəyə minəcək;
– Razılaşma qüvvəyə mindikdən sonra BMT TŞ-nın İrana qarşı sanksiyalara əsas verən 7 qətnaməsi ləğv olunacaq;
– Silah embarqosu 5, raket embarqosu isə 8 il daha qüvvədə qalacaq;
– 15 il boyunca uranın zənginləşdirilməsi nisbəti 3.67%-i keçməyəcək;
– İran “Fordo” nüvə obyektini texnologiya mərkəzinə çevirəcək. Bu obyektdəki nüvə makinaları izotop istehsalında istifadə ediləcək;
– 5 + 1 ölkələri İranla ildə, ən azı, 2 dəfə nazirlər səviyyəsində görüşüb nüvə razılaşmasına əməl edilib-edilmədiyini müzakirə edəcəklər;
– İran razılaşmada nəzərdə tutulan maddələrin şərtlərini pozarsa, pozuntu tarixindən etibarən 65 gün ərzində sanksiyalar yenidən tətbiq olunacaq.