XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2015 - 11:37

Nazir Zakir Həsənovdan əmr: “İriçaplı silahlardan dərhal zərbə endirin!”
Müdafiə Nazirliyindən (MN) Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirilib.
Strateq.az MN-ə istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında, atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.