XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 16:38

İran prezidentindən maraqlı açıqlama: “Atom bombası haramdır”

ruhani-1.jpg

Vyanada «altılıq» ölkələri ilə nüvə proqramına dair yekun razılaşma əldə olunandan sonra İran prezidenti Həsən Ruhanidən növbəti maraqlı açıqlama gəlib.

Strateq.az-ın məlumatına görə, Ruhani Tehrandakı çıxışı zamanı bildirib ki, atom bombası hazırlamaq İslam dininə görə yasaqdır: «İran atom bombası hazırlamaq istəmir. Bu, dini liderimizin fətvasına görə də haram sayılır. Bunu bütün dünya bilməlidir. Anlaşma istər olsun, istər olmasın, İran əsla atom bombası arzusunda olmayıb və olmayacaq. Sazişə əməl olunmasa belə, bizim yekun fikrimiz belədir. Sionist İsrail rejiminə və İranın pisliyini istəyənlərə aldanmayın. İranın gücü bölgədəki bütün ölkələrin gücü deməkdir. Bölgənin təhlükəsizliyini öz təhlükəsizliyiniz kimi görün. İranın elmi sahədə inkişafı qonşularının da işinə yarıyacaq. İran bölgədəki dövlətlərə basqı etmək fikrində olmayıb, olmayacaq da. Bölgə ölkələri ilə münasibətlərimizdə bu gün yeni səhifə açıldı».

Ruhani bildirib ki, yekun razılığın əldə olunması İranın atom bombası hazırlamaq niyyətində olduğuna və bu yolla bölgə ölkələrini basqı altında saxladığına dair ittihamları da puça çıxardı: «Sionist İsrail rejiminin 23 aydır davam edən səyləri boşa çıxdı. Və İsrail məğlub oldu».

Strateq.az