XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 05:28

Sazişdən sonra İran Türkiyəyə arxa çevirəcəkmi? – Təhlil

Rusiya-İran birliyi stratreji tərəfdaşlıq səviyyəsinə qalxa bilər

17 gün İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Rusiya, çin, Böyük Britaniya, Fransa) “5+1” qrupu, həmçinin Almaniya arasında gedən danışıqları bütün dünya izləyirdi. Danışıqlar konsensus əldə edilməsi ilə başa şatdı. Bəs indi nə olacaq?

İrana münasibətdə embarqonun ləğvi onun dünya ilə barışmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, uzun illər sanksiyalara görə iqtisadi çətinliklərə tab gətirən İran külün içindən alovlanacaq və böyük dövlətə çevriləcək.

İran bölgədə əsas qüvvə ola bilər

İran Avrasiya geopolitikasında mərkəzi yer tutur. O, Yaxın Şərqin çoxəsrlik sivilizasiyası və zəngin tarixi keçmişi olan ən böyük güclərindən biridir. Onsuz da bölgədə önəmli oyunçu olan İran “5+1” qrupu ilə əldə edilmiş sazişdən sonra daha böyük əhəmiyyət kəsb edəcək. Gələcəkdə Rusiya-İran birliyi stratreji tərəfdaşlıq səviyyəsinə qalxa bilər. Bu isə İranı bölgənin ən güclü dövləti edər.

Şirkətlər növbəyə duracaq

İranın çoxillik təcridinin kəsilməsi xeylin iqtisadi oyunçular üçün də maraq doğurur. Dünyada ən böyük neft-qaz ehtiyatlarından birinə sahib olan ölkədə yarana biləcək imkanlar xatırlanarkən birinci ağla gələn energetika şirkətkləridir. Lakin 370 milyard dollarlıq iqtisadiyyat təkcə karbohidrogenlərdən ibarət deyil. On ildən çox Qərb məhsullarından məhrum olan 77 milyon istehlakçı haqda düşüncələr bir çox kürəsəl şirkətlərin ağzının suyunu axıdır.

Türkiyə ilə münasibətlər necə dəyişiləcək?

Türkiyə və İran Yaxın Şərqdə iki rəqibdir. Bu ölkələr müxtəlif bölgəsəl siyasət yürüdür, müxtəlif cəbhələrdə vuruşur və fərqli dövlət özəlliklərinə malikdir. İki ölkə arasındakı münasibətlərdə zaman-zaman yumşalma baş versə də, hər biri digərindən bir addım öndə olmağa can atır və öz potensialını sərgiləməyə cəhd edir. Bu ölkələrin bölgə iddiaları həmişə onları bölgəni öz qanadı altına almağa itələyib. İrana qarşı embarqonun ləğvi ona Türkiyəni qabaqlamaq imkanı verə bilər. Lakin bunu da unutmaq lazım eyil ki, sanksiyalar qüvvədə olarkən İrana dəstək, onunla ticarət edən və demək olar ki, ayaqüstə durmaqda yardım olan ölkə məhz Türkiyə idi. İndi hər şey sazişin bağlanmasından sonra İranın hansı mövqeyi tutacağından asılıdır.

“Haber7” (Türkiyə), 14.07.2015