XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 12:14

Rusiyalı ekspert: “İran Rusiyanın təhlükəli rəqibi olacaq” – Təhlil

“Vladmir Putinin nəyə sevindiyini başa düşmək çətindir”

İrandan sanksiyalar götürülür. O, on il müddətində öz nüvə bombasını yaratmaq layihəsindən imtina etsə, beynəlxalq cəmiyyət tərəfdən basqının təzələnməsindən rahatsız olmaya bilər. Bu – Rusiya iqtisadiyyatı üçün pis yenilikdir.

İNP (İranın nüvə prqoramı) üzrə sazişin əsas bəndi, əlbəttə, Tehranın öz nüvə bombasını yaratmaqdan imtina etməsidir. Bunun üçün bir neçə məhdudiyyətlər nəzərdə tutulub. Birincisi, bütünlükdə İran ərazisində səkkiz il ərzində uranı zənginləşdirmək imkanı məhdudlaşdırılıb. İnformasiya agentliklərinin isnad eydiyi sənəddə deyildiyi kimi, sənəd imzalanandan sonra “uzunmüddətli fəaliyyət planı uranın istənilən zənginləşdirilməsi və ilk səkkiz il müddətində tədqiqatı və işlənməsi ilə bağlı razılaşdırılmış müəyyən məhdudiyyətləri nəzərdə tutur”.

İran yalnız bu müddət bitəndən sonra uranın zənginləşdirilməsi üzrə yeni proqramın yaradılması və işə salınması hüququna malikdir. Əlbətə, yalnız dinc məqsədlərlə.

İran həmçinin öhdəliyinə götürür ki, Əraqdakı obyektini ancaq dinc məqsədlər üçün yenidən qursun. Bu, birmənalı şəkildə bildirir ki, iranlılar de-fakto etiraf etdilər: əvvəllər nüvə silahı əldə etməyə cəhd ediblər.

Reaktorun yenidən qurulmasına MAQATE (Atom enerjisi üzrə beynəlxalq Agentlik) nəzarət edəcək. Əslində, o, İrana görə baş nəzarətçi rolunda çıxış edir. MAQATE-nin başçısı Yukiya Amano Venada jurnalistlərə bildirib ki, “Mən İranın keçmiş və indiki atom prqoramının qeyri-müəyyən məsələlərinin aydınlaşdırılması üçün İranla MAQATE arasında “yol xəritəsi” imzaladım”.

Beləliklə, Tehran həm də atom araşdırmaları sahəsində keçmiş axtarışlarının təhqiqatına razılıq verib.

Bundan başqa, beş il müddətində İrana qarşı yeni sanksiyalar tətbiq edilir: silah tədarükünə.

Xəbərlərin əksəriyyətində səhvən bildirilir ki, rəsmi Tehrana qarşı silah tədarükünə artıq mövcud olan qadağa daha beş il uzadılacaq. Gerçəklikdə isə bu cür qadağa heç vaxt olmayıb. Rusiya rəsmiləri Moskvanın iranlılara S-300 zenit-raket kompleksi satmaq hüququnu sübut edib, bu barədə dəfələrlə açıqlama veriblər. Səbəb budur ki, silah tədarükünə sanksiyalar ayrı-ayrı ölkələr tərəfindən tətbiq edilib, lakin BMT TŞ İrana müdafiə silahları satmağı yasaqlamayıb.

Tehranla əldə edilmiş sazişə hamıdan sərt reaksiya verən İsrail siyastçiləri oldu. Baş nazir Benyamin Netanyahu onu qəti şəkildə ittiham etdi. İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli baş verəni Qərbin İranın “şər oxu” qarşısında tərki-silahı adlandırdı. İsrailin mədəniyyət və idman naziri Miri Reqev isə bildirdi ki, saziş indiki biçimdə İrana “qətl lisenziyası” verməyə bərabərdir.

Qərb siyasətçiləri İranla münasibətlərdəki uzun illərin böhranının həllinə tamamilə başqa cür reaksiya verirlər. Güman ki, ABŞ prezidenti Barak Obama hamıdan şaddır. Əlbəttə, Obama xatırlatmaya bilməzdi ki, İrana iradlar nüvə proqramı ilə tükənmir və hədələdi ki, Tehran sazişi pozmağa cəhd edən kimi sanksiyalar bərpa olunacaq. Lakin ABŞ prezidenti bütövlükdə öz təntənəsini gizlətməyə çalışmırdı da və Konqresdəki respublikaçı opponentlərinə xəbərdarlıq etdi ki, sazişin imzalanmasına mane olan istənilən qərara veto qoyacaq. Amerika lideri bildirdi: “Tariflər o qədər böyükdür ki, müzakirə və təxirə salmağa vaxtımız yoxdur”.

ABŞ prezidenti əbəs yerə sevinmir. O, indi təkcə uzun illər münaqişəsi davam edən Kuba ilə barışığı deyil, İranla dramatik qarşıdurmanın həllini də öz hesabına yaza bilər.

Rusiya siyasətçilərinin, məsələn, İNP üzrə Vena sazişinin bağlanmasını bəyənən Vladmir Putinin nəyə sevindiyini başa düşmək çətindir. Əlbəttə, ümumbəşəri baxımdan aydındır ki, İranın nüvə proqramının həlli bütövlükdə yaxşı xəbərdir – əgər söhbət İranın həqiqətən də nüvə silahı yaratmaq üzrə proqramdan imtinasından gedirsə. Lakin axı hələ Rusiyanın iqtisadi maraqları da var. Əlbəttə, xoşdur ki, rusiyalı atomçular sazişin yekunlarına görə İranın nüvə obyektlərini hərbi məqsədlər üçün istifadə edilməsin deyə, onları yenidən qurmaq şansı əldə edəcək və İrandan az zənginləşdirilmiş, lakin potensialca təhlükəli nüvə yanacağını götürüb ora bizimkini aparacaqlar. Bu, yetərincə babat və gəlirli müqavilələrdir.

Problem başqa şeydədir. İrana qarşı qüvvədə olan sanksiyalar onun iqtisadi imkanlarını – neft və təbii qaz ixracatını kəskin şəkildə məhdudlaşdırır, bank sistemini təcrid edirdi. İndi İran yatırımlar üçün açılır. Neft dünya bazarına çay kimi axacaq. Bəzi ekspertlər İranın böhranaqədərki gündəlik 4,4 milyon barrel neft hasilatını bir gündə bərpa edəcəyinə şübhə etsələr də, iranlılar operativ şəkildə bu səviyyəyə çatmağa hazır olduqlarını deyirlər. Qərbin bəzi neft nəhəngləri ilə ilkin sazişlər artıq imzalanıb.

çin tərəfdən neftə tələbatın azalması və AB-də Yunanıstan böhranı fonunda İranın azad neft bazarına qayıtması faktı neft treyderlərinə psixoloji baxımdan o qədər təsir edə bilər ki, “qara qızıl”ın qiymətləri artıq bu gün düşməyə başlayar. Bu, qısamüddətli prespektivdə Rusiya rublunun kursu və bütün Rusiya iqtisadiyyatı üçün çöküş demək olacaq. Həm də bu, problemlərdən biridir. Hələ bir xeyli digərləri də var. Məsələn, Xəzərədki yataqlara və AB-nin cürbəcür transxəzər neft və qaz kəmərləri çəkmək niyyətinə görə əvvəllər İranı hövsələdən çıxardan münaqişələr. Hazırda o, yəqin ki, onları dəstəkləyəcək. Ona görə də Rusiya hökumətinin sevinəcəyi heç nə yoxdur. Sanksiyaların altından heç də potensial müttəfiq deyil, olduqca təhlükəli rəqib çıxır.

İvan Preobrajenski

Rosbalt.ru, 14.07.29015