XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 08:16

ABŞ dövlət katibinin müavini: “Azərbaycan və Ermənistan çətin seçim etməlidir”

rubin.jpg

Qarabağ münaqişə üzrə nizamlama tərəflərinin məsələnin dinc yolla həllinə sadiq olduqlarnı təsdiq etmələri vacibdir.

Strateq.az bildirir ki, bu sözləri ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional konfliktlər məsələləri üzrə müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışı zamanı bildirib.

Rubin deyib ki, münaqişənin dinc həll yolunun alternativi yoxdur: “Biz bu məsələyə ədalətli, dinc, uzunmüddətli və qarşılıqlı faydalı çözüm mövqeyindən yanaşırıq. Hamı da məhz bu mövqedən problemə baxmalıdır, çünki başqa, daha yaxşı həll variantı yoxdur, bütün başqa alternativ yollar o dərəcədə dəhşətlidir ki, onları heç nəzərdən keçirməyə dəyməz”.

Amerika rəsmisi vurğulayıb ki, bu, asan olmasa da, Birləşmiş Ştatlar ümid edir ki, tərəflər sülh əldə olunmasına sadiqliklərini təsdiq edəcəklər.

“Biz ümid edirik ki, tərəflər dinc nizamlamaya dair danışıqlarda irəliləyişə nail olunması mövqeyinə sadiq qalacaqlar. Bu, asan məsələ deyil. Nizamlama əldə edilməsi üçün münaqişə tərəfləri bir sıra məsələlər üzrə çətin seçim etməlidirlər. Elə buna görə də indiyədək problem həllini tapa bilməyib” –departament rəsmisi qeyd edib.

Dövlət katibinin müavini sözünə davam edərək bildirib ki, Birləşmiş Ştatlar Minsk Qrupunun digər iki həmsədri – Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ ixtilafının nizamlanmasına hər cür dəstəyi verməkdə davam edir. “Problemin yoluna qoyulmasında həmsədr ölkələrin səyləri xüsusilə önəmlidir. Biz birmənalı şəkildə bəyan edirik ki, həddən ziyadə vacibdir ki, hər iki tərəf əlindən gələni etsin ki, situasiya kəskin şəkil almaslın. Belə bir gərgin və təhlükəli zamanda insidentlərdən qaçmaq kritik dərəcədə vacibdir” – ABŞ Dövlət Departamentinin rəsmisi əlavə edib.