XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 08:35

İŞİD-in uşaq əsgərləri – şok faktlar və Fotolar

ishid_1.jpg

Terror təşkilatının təlim keçib, cəbhəyə döyüşməyə göndərdiyi 50-dən çox uşaq əsgərlərin öldüyü açıqlanıb

Mənzil qərargahı Londonda yerləşən və müxalifətə yaxın “Suriya İnan Haqlarına Nəzarət Evi” təşkilatından verilən məlumata görə, İŞİD yanvar ayında “Xəlifənin gənc aslanları” adlı proqram həyata keçirməyə başlayıb. Proqram çərçivəsində 16 yaşından kiçik 100 uşaq döyüşlərə cəlb edilmək üçün seçilib. Onlara intensiv hərbi və dini təlim keçiblər. Təlimlərdən sonra onlar dərhal döyüş bölglərinə göndəriliblər.

Təşkilatın məlumatına görə, uşaq əsgərlərdən 31-i iyul ayında döyüşlərdə və hava hücumlarında öldürülüb.18 uşaq əsgər isə kürdlərə qarşı döyüşlərdə “intihar aksiyalarına” yer alıb və ölüb.

” Suriya İnan Haqlarına Nəzarət Evi”nin məlumatına görə, Türkiyənin sərhədlərində nəzarəti gücləndirməsi İŞİD-ə qoşulanalrın sayının azalmasına səbəb olub. Bu isə İŞİD-i uşaqlardan əsgər kimi istifadə etmək məcburiyyəti qarşısında qoyub.

Bu arada tanınmış Human Rights Watch insan hüquqları təşkilatı İŞİD-ə qarşı vuruşan kürd silahlı qruplarını da hərbi əməliyyatlarda uşaqlardan istifadə etməkdə ittiham etdi. Təşkilatın iddiasına görə, PKK ilə əlaqəli Demokratik Birlik Partiyasının (PYD) özünümüdafiə dəstələri 18 yaşdan aşağı oğlan və qızalrı əsgər kimi hərbi əməliyyatlara cəlb edir.

ishid_2.jpg

Strateq.az