XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2015 - 09:42

NATO-nun zəifliyi Avropanı güclü edir – Təhlil

Polşanın ABŞ tərəfdən müdafiə barədə ümidləri alt-üst oldu

NATO 25 il ərzində ekzistensial qorxu hiss edir. Bəs Rusiya uduzubsa, Qərbi Rusiyadan qorumalı olan alyans son nəticədə nə etməlidir? NATO düşmənsiz qalıb və indi özünə yeni rol tapmalıdır.

Düşünə bilərsiniz ki, Rusiyanın güclənməsi bu problemi həll edə bilər – alyansın yenidən düşməni peyda olub. Əslində, problem ancaq ağırlaşıb. Deyəsən, Mərkəzi və Şərqi Avropanın köhnə günləri qayıdıb: Rusiya yaxınlıqdadır və hücum edə biləcəyi haqda əsil vahimə var. Lakin Qərbi Avropa bu cür təşviş keçirmir.

Alyanısn yarısı üçün soyuq müharibə bitib, digər yarısı üçün geri dönüb. Polyakların 70%-i hesab edir ki, əsas təhlükə Rusiyadır – Pew araşdırma mərkəzinin iyunda keçirdiyi sorğunun nəticələri bu cürdür. Bu göstərici Almaniyada Polşadakı nəticənin yarısından bir qədər artıq olub. Belə zidiyyət NATO-nun zəifliyinin başlıca səbəbidir. Bu, Pew araşdırma mərkəzinin keçən ay apardığı sorğunun nəticələrində də öz əksini tapıb.

Araşdırmanın gedişində sual verilib: “Rusiya NATO üzrə müttəfiqimiz olan qonşu dövlətlərdən biri ilə ciddi münaqişəyə başlasa, hesab edirsinizmi ki, bu halda sizin ölkə onun müdafiəsi üçün hərbi qüvvədən istifadə etməlidir?”

NATO-nun təməli kollektiv müdafiədir – 5-ci Maddəyə əsasən. Lakin sorğu aparılan səkkiz ölkədən yalnız ikisində – ABŞ və Kanadada insanların əksəriyyəti deyib ki, onların fikrincə, bu öhdəlikləri yerinə yetirmək lazımdır. Polşada və Birləşmiş Krallıqda bu mövqeyin tərəfdarları zorla çoxluq həddinə çatıb. Lakin Avropanın hər yerində rəyi soruşulanların əksəriyyəti müttəfiqləri qorumaqdan imtina edib. Fransada sorğulananların 53%-i müttəfiqinə “yox”, 47%-i isə “bəli” deyib. İtaliyada sorğulananların 51%-i əleyhinə, 40%-i isə lehinə olub. Bu nisbət Almaniyada lap səciyyəvi olub: sorğulananların 58%-i deyib ki, NATO üzrə müttəfiqi müdafiə etmək lazım deyil, 38%-i isə lazım olduğunu bildirib.

Carnegie Europe fondunun Strategic Europe bloqunun baş redaktoru Cudi Dempsi sorğunun nəticələrini “dəhşətli” adlandırıb.

O, bloqunda qeyd edib: “Avropalılar öz müttəfiqlərinin müdafiəsi üçün hərbi gücdən istifadəni nəzərdən keçirtməkdən nə qədər çox imtina etsələr, NATO daxilində kollektiv müdafiə və həmrəylik hissi bir o qədər zəifləyəcək. Qaçılmaz nəticə 5-ci Maddənin dəfni olacaq. Həm də onda NATO nə üçün mövcud olmalıdır?”

Britaniyanın “Times” qəzeti keçirilmiş sorğunun nəticələrini 1933-cü il Oksford universitetində “Bu ev heç bir şəraitdə öz kralı və ölkəsi uğrunda vuruşmayacaq” xülasəsinə dəstəklə bağlı bədnam sorğunun nəticələri ilə tutuşdurub. Qəzet ön məqalədə yazır: “Benito Mussolini Oksforddakıkral və ölkə xüsusunda müzakirələr haqda məlumatı oxuyub qət edib ki, “Britaniya – qorxmuş, ölüvay və qoca qadındır”.

Qəzet xəbərdarlıq edir ki, Putin də tamamilə bu cür qənaətə gələ bilər. Keçirilmiş sorğu həmçinin göstərdi ki, Polşanın Birləşmiş Ştatlar tərəfdən müdafiə barədə ümidləri alt-üst oldu. NATO-nun sorğu keçirilən bütün üzv ölkələri içində ən böyük təhlükəni Polşa hiss edir. Qalan bütün dövlətlərdə sorğulananların 65%-i hesab edir ki, Amerika NATO üzrə müttəfiqlərini müdafiə edəcək. Polşada ancaq 49% bu cür düşünür. Həm də təəccüblü deyil. Məsələn, Amerika Ukraynanı müdafiə etməyi vəd etdi. Bu vəd Ukraynaya yaxşı heç nə vermədi.

Deməli, bütün bunlar nəyə doğru apara bilər? Bu, paradoksal şəkildə Avropada daha sıx hərbi əməkdaşlığa doğru apara bilər.

Məsələn, Polşadakı durumu götürək. Polyaklar başa düşürlər ki, tammiqyaslı müharibədə Rusiyaya qalib gələ bilməzlər. Onlar silahlı qüvvələrini möhkəmləndirir, düşmənin itkilərini artırmaq üçün tank parkını artırırlar. Lakin sağ qalmaq və yaxud bu cür müharibənin qabağını almaq üçün müttəfiqlər lazımdır və polyaklar bunu anlayırlar.

Lakin müttəfiqlərin imzaladıqları sənədə hörmət edəcəyinə əmin deyilsinizsə, onda sual doğur: sizi müdafiə edəcəklərinə hansı şəkildə əmin ola bilərsiniz? Onları özünüzə daha çox sıxırsınız. Onları öz ölkənizə dəvət edirsiniz. Sərhədlərinizdə hərbi bazalar yaratmaq imkanı verirsiniz. Əsgərləriniz onların ordusunda xidmət edir. Və düşmənə hücum etmədən eyni zamanda onun hücumunu, demək olar, mümkünsüz edirsiniz.

Polşa məhz bununla məşğul olur. Bu cür çağrışların əksəriyyəti Amerirkanın ünvanına yönəlib. Lakin polyaklar daha bir ölkə – Almaniya ilə yaxınlaşmaq üçün ciddi-cəhdlə çalışırlar.

Tərəddüdlü müttəfiqlərlə yaxınlaşma strategiyası – keçən ay Polşada yerləşdirilmiş yüksək döyüş hazırlıqlı birgə taktiki qüvvələr məhz bundan xəbər verir. Bu qüvvə 48 saat müddətində NATO-nun istənilən ölkəsinə atıla bilər və reaksiya tempinə görə alyansın ən çevik bölməsidir. Sürixdə yerləşən Global Security araşdırma institutundan doktor Martin Tsapfe yazır ki, “Yüksək döyüş hazırlıqlı taktki qüvvələri “çevik dartınma” adlandırmaq daha yaxşıdır. çünki bu qrup alyansın gerçək həmrəylik qarantiyasını yaradrк və əsas müttəfiqlər tərəfdən eyni zamanda cavab verilməklə Moskvanın ayrıca müttəfiqə hücumunu çətinləşdirir”.

Şərqi Avropada hansısa ölkə Rusiyanın ora öz yaşıl adamcıqlarını göndərməyə hazırlaşdığını düşünürsə, kömək üçün NATO-ya müraciət edə bilər və bu kiçik, lakin çevik qrup həmin andaca onun sərhədində görünəcək. Rusiya həqiqətən də hücum etsə, mümkün qədər çox NATO üzvlərindən təşkil olunmuş bu kiçik qrupla üzləşməli olacaq. İdeya bundan ibarətdir ki, bu halda Rusiya NATO-nun bütün üzvləri ilə müharibənin qaçılmazlığını nəzərə alıb geri çəkiləcək.

Şərqi Avropa Amerikaya müraciətlərini davam etdirir və öz ərazisində Amerika hərbi bazaların görmək niyyətindədir. Lakin ABŞ prezidenti Barak Obama bu xahişləri yerinə yetirmək niyyətində deyil. Bununla belə, bu cür çağrışlar davam edəcək. Eyni zamanda Şərqi Avropa anlayır ki, heç vaxt ABŞ silahlı qüvvələri ilə inteqrasiya olunmayacaq. Şərqi Avropa ölkələri öz səylərini Avropa daxilində silahlı qüvvələrin birləşdirilməsi ilə məhdudlaşdırır.

Lakin Almaniyaya müraciət nəyə lazımdır? Fransa və Britaniya nəhayət öz müdafiə xəclərini daha çox artırıb. Lakin Almaniya öz qonşuları ilə sıx hərbi əməkdaşlığa böyük maraq nümayiş etdirir.

Bu o demək deyil ki, Almaniya Şərqi Avropanın bütün xahişlərini yerinə yetirəcək. Burada mürəkkəb tarazlıq məsələsi var. Almanların bir tərəfdən Rusiya ilə əlverişli münasibətləri var, lakin digər tərəfdən Almaniya Mərkəzi və Şərqi Avropadan aralanmaq istəmir.

Güclü Rusiya və zəif ira
dəli ABŞ kombinasıyası Avropa dövlətlərini məhz Trumpet vebsaytının artıq uzun illəər ərzində öncədən dediyi şəkildə birləşməyə məcbur edir.

Riçard Palmer

“The Trumpet” (ABŞ), 16.07.2015