XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2015 - 09:53

Azərbaycan dövlətini Əli Kərimliyə görə cərimələdilər – 8 600 avro
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədri Əli Kərimlinin pasport məsələsi ilə bağlı qərar verib. Məhkəmə Əli Kərimliyə pasportun verilməməsini Avropa İnsan Hüquqları Konvensiyasının pozulması hesab edib.
Məhkəmə mənəvi zərər və digər xərclərə görə Azərbaycan dövlətini 8 600 avro cərimələyib.
Qərarda qeyd olunur ki, Ə.Kərimli Azərbaycanda çox tanınmış müxalif siyasi xadim, AXCP-nin sədridir. 2006-cı ildən qanunsuz olaraq xarici pasportdan məhrum olunub. Qərarda Ə.Kərimlinin 1994-cü ilin sentyabrın 10-da saxta ittihamla həbs edilməsi qeud edilir. O da bildirilir ki, uzun illər sonra bu ittihama əsaslanaraq onu pasportdan məhrum ediblər. Bu hadisədən sonra Ə.Kərimli 2 dəfə parlament üzv seçilib, müxtəlif ölkələrdə çoxlu sayda tədbirlərdə iştirak edib. Amma 2006-cı ildə pasportun dəyişdirilməsi ilə bağlı müraciət edəndə, imtina cavabı alıb. Ə.Kərimlinin bu məsələlərlə bağlı yerli məhkəmələrə müraciəti mənfi qərarların verilməsi ilə nəticələnib.
azadliq.info