XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2016 - 14:00

Dünyanınən varlı gənci oldu

vestminstr-hersoqu

İngiltərənin ən varlı üçüncü adamı, böyük torpaq sahələrinin sahibi aristokrat Westminster Hersoqu Gerald Cavendish Grosvenor öləndə 9 milyard funt sterlinq, yəni 11 milyard 700 milyon dollarlıq bir sərvət qoyub. Ölümünün ardından Birləşmiş Krallıqdakı 7-ci  Westminster hersoqu olan Hugh Richard Louis Grosvenor, atasından qalan mirasla dünyanın ən varlı gənci olub.

İngiltərənin ən varlı üçüncü adamı və Kral ailəsinin yaxın dostu 6-cı Gerald Cavendish Grosvenor 64 yaşında qəfil ölüb. 

25 yaşlı yeni Hersoq Hugh Grosvenor indi mənzil qiymətlərinin astronomik səviyyədə olduğu Belgravia və Mayfair bölgələri də daxil "Londonun yarısının" sahibidir.

Yeni hersoq Grosvenor, böyük bir mirasın məsuliyyətini öz üzərimə götürərkən, ailənin digər üzvləri də mirasdan istifadə etməkdə davam edəcək. Grosvenor əmlak şirkətinin internet saytında edilən açıqlamada, ailənin gələcəyi üçün şirkətin Grosvenorlar-da qalmağa davam edəcəyi bildirilib.

Marja.az