İyulun 14-də İranla BMT TŞ-nın beş daimi üzvü, üstəgəl Almaniya İslam respublikasının nüvə proqramının gələcəyi haqda müqavilə imzaladı. İran uzun illərin sanksiyaları və danışıqlardan sonra sivil dünya cəmiyyətinə qayıda bilər. “Nə dərəcədə sivil?” sualı ayrıca söhbətin mövzusudur.
İran nüvə bombasının yaradılmasına aparan proqramdan imtinanın əvəzində “astana dövlət” statusunu aldı. Tehran, praktik olaraq, Braziliya, Yaponiya və Almaniya kimi qısa müddət ərzində nüvə silahı əldə edə bilər.
Bu saziş Yaxın Şərqdə böhranlı və sürətli dəyişimlərə gətirib çıxaracaq. Sanksiyalardan qurtulmaq, dondurulmuş 100 milyarddan çox dolların qaytarılması, xarici investisiya və yeni texnologiyalara çıxış İrana neft-qaz kompleksi və neft kimyası kimi yoxsul iqtisadiyyatları inkişaf etdirmək imkanı verəcək. Aviasiya sahəsi güclü ehtiyac duyduğu gərəkli ehtiyat hissələri və yeni avialaynerlər əldə edəcək. İran həm də 2020-ci ilə doğru konvensional silahın alqı-satqısı hüququna malik olacaq.
Saziş İslam respublikasının ərazisindəki zənginləşdirilmiş uranın həcmini dəfələrlə azaldır, onun böyük hissəsini Rusiyaya çıxardır və sentrifuqaların sayını üç dəfə məhdudlaşdırır.
On ildən sonra – sazişin müddəti bitəndə nələr olacağını bilmirik. Beynəlxalq siyasət sükanının qəfil dönüşünün nəticələrini hesablamaq çətindir. Obama siyasi mirası qismində “əhliləşdirilmiş İran” qoyub getmək istəyir.
Lakin məsələlər çox mürəkkəbdir. çünki terrorizmə dəstəkdən imtina və İsraillə münasibətlərin yaxşılaşması yeni nüvə sazişinin tərkib hissəsi olmadı. Sazişin əleyhdarları deyirlər ki, İranın müqaviləni pozacağı gözləntiləri, gələcəkdə MAQATE-ni aldatmaq cəhdləri, həmçinin qonşulara qarşı təcavüzkarlıq və təxribat addımları Amerika ictimai rəyinə və dünyaya göstərəcək: Vaşinqton ayətullahları sakitləşdirmək üçün hər şeyi etdi.
Ekspert və tənqidçilərin çoxu hesab edir ki, bu saziş – sanksiyaların sürətlə götürülməsi və MAQATE çərçivəsində nüvə obyektlərinin təftişində məhdudiyyət – şadyanalıq üçün qətiyyən səbəb deyil.
Fikrimcə, ABŞ danışıqlara əlində güclü kozırlarla başladı, oyunu isə praktik olaraq uduzdu. Keçmiş dövlət katibləri Henri Kissincer və Corc Şults bildiriblər ki, müqaviləni bağlamaq lazım deyildi, çünki ABŞ-ın məqsədi İranın nüvə proqramının tam ləğvi idi, lakin bu məqsədə çatılmadı.
Nüvə proqramı ancaq növbəti onilliyədək dayandırılıb. çox güman ki, İran bu vaxtdan nüvə silahı və çatdırma vasitələrinin sonrakı istehsalı üçün istifadə edəcək. O, uzunmüddətli təcriddən çıxandan sonra yeni həvəslə Yaxın Şərqi qarışdırmağa girişəcək.
İranın oyuncaqları bu gün Bağdad, Dəməşq, Beyrut və Sənada tam şəkildə oyun oynayırlar. Sıradakı kimdir?
Prezident Obamanın özü və ən yaxın müşavirləri işarə vurdular ki, sanksiyaların götürülməsi Tehranla strateji əməkdaşlığa yoldur.
Əsrin əvvəlindən amerikalıları məhz radikal müsəlmanlar öldürüblər. Əvvəlcə ayətullah Xomeyninin şiələri, sonra Tehranda əlaqələri olan səud terrorçu Usamə Bin Ladenin sələfilər/vəhhabiləri. Lakin Vaşinqtonda hesab olunur ki, böyük dövlətlərə təhlükə başqa böyük dövlətlərdən qaynaqlanır. Buna görə də çini əngəlləmək üçün “Asiyaya dönüş” prioritet qazanır.
Lakin meydan oxuyan sələfi/vəhhabi ideologiyasının öhdəsindən necə gəlməli? Deyəsən, ABŞ onları dronlarla atəşə tutmaqdan başqa heç nə bacarmır.
Bəli, amerikalılar Yaxın Şərqə piyadaları deyil, İran ordusu alaylarının və İslam İnqilabı keşikçilərinin ABŞ-ın “piyadası” olduğu İraqa xüsusi təyinatlı, təlmatçı və HHQ göndərməyə hazırdır.
Prezident Obama birinci müddətini Moskva ilə əməkdaşlıq ümidi ilə başladı. Radikal sünni islamına qarşı mübarizədə, xüsusən də Mərkəz Asiya və Qafqazda, nüvə silahının məhdudlaşdırılmasında və ola bilsin ki, çinə qarşı olaraq Rusiyanı tərəfdaş kimi gördü. Lakin təəssüf ki, ABŞ Rusiya ilə əməkdaşlığa hazır deyildi.
Əgər problemin həlli yaxşı mənada alt-üst olsa, növbəti, xüsusən də respublikaçı administrasiya Tehrana qarşı hərbi güc tətbiq edə bilər. Pentaqon apreldə bildirdi ki, bunkerlərin dağıdılması üçün ontonluq bombalar dövriyyəyə buraxılıb.
İsrail də eyni silahın üzərində işləyir. Hürkmüş qonşular – Türkiyə, Səudiyyə Ərəbistanı və Misir, ola bilsin ki, hətta Birləşmiş Ərəb Əmirlikləri də öz nüvə proqramlarını işə salacaq. Yaxın Şərq daha qeyri-sabit və gözlənilməz ola bilər.
Ariel Koen
“Русская служба «Голоса Америки»” (ABŞ), 16.07.2015