XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyul 2015 - 09:19

Neft niyə ucuzlaşır? – Ekspertlər danışdı
Dünya bazarında neft qiymətlərinin azalması davam edəcək. Buna səbəb ABŞ-da şist nefti istehsal edən şirkətlərin bazara çıxması səbəbindən baş verə bilər.
Strateq.az Report-a istinadən xəbər verir ki, “Bank of America Merryl Lynch”in əmtəə bazarları bölməsinin rəhbəri Fransisko Blanşın fikrincə, ABŞ neft şirkətləri keçən ildən etibarən 45%-lik ucuzlaşma səbəbindən hasil etdiyi nefti satışa çıxarmayıb, ehtiyat anbarlarda saxlayıblar və neftin bahalaşacağını ehtimal gözləyib: “Lakin neftin qiymətinin artması prosesi ləngidiyi üçün bir çox xırda və ortaölçülü şist neft hasil edən şirkətlər məhsullarını artıq bazara çıxarmağı düşünür”.
Qeyd edək ki, ABŞ şist nefti istehsal edən şirkətlərinin bir çoxu satışı müddətli maliyyə instrumentləri ilə (hedge) aparır və bununla da özlərini hər hansı qiymət azalmasından sığortalayır. Lakin “hedge” əməliyyatlarının sayının artması neftin qiymətini aşağı çəkib.
“Bank of America”nın verdiyi məlumata əsasən, 2015-ci ildə şirkətlərin yarısı, 2016-2017-ci illərdə isə 25%-i satışını sabitləşdirərək özlərini “hedge” ediblər.
“Energy Aspects” konsaltinq agentliyinin neft sahəsi üzrə analitiki Virendra çauxan bildirib ki, şirkətlərin özlərini “hedge” etməsinin digər səbəbi bank kreditlərini əldə etmək istəməsi ilə bağlıdır. Ona görə də şirkətlər məcburən cari qiymətdən özlərini qoruyur.
Keçən il kəskin ucuzlaşan neft “hedge” əməliyyatlarının həcmini artırıb. Hazırda Nyu-York əmtəə birjasında bu tip əməliyyatların həcmi 394 milyon barelə yüksəlib. Bu əməliyyatların artması isə öz növbəsində neft qiymətlərini aşağı çəkəcək. Bunu görən şirkətlər isə onsuz da bahalaşmayan ehtiyat neft həcmlərini satışa çıxararaq bazarda təklif bolluğu yaradacaqlar ki, bu da cari qiymətlərə əlavə təzyiq göstərəcək.