XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 09:44

Yeni kürd dövləti İsrailin əsas müttəfiqi olacaq – Təhlil

Ərəb dünyasının riskləri və imkanları

İsrailin druzların Məcd əl-Şəms şəhərində suriyalı yaralılara divan tutmağının təhlükəli nəticələri haqda xeyli söz-söhbət dolaşır. Lakin bu faciəli hadisəsiz də aydındır ki, İsrailin əxlaqi təsəvvürlərdən çıxış etməklə qərar qəbul edəcəyi gün getdikcə yaxınlaşır: əvvəlki kimi Suriyadakı vətəndaş mühaibəsinə qarışmamaq və hətta sərhəddəki qətliamı laqeydcəsinə müşahidəni davam etdirməkmi?

Məcd əl-Şəmsdə yaralı suriyalılara həmlənin bütün ciddiliyni təsvir etməkdən ötrü hansısa özəl sözlər seçməyə ehtiyac yoxdur. Bu hadisə ağır nəticələr doğurar və suriyalı qiyamçıların həm druzlara, həm də İsrailə münasibətinə təsir edə bilər. Nəzərə almaq lazımdır ki, həmlə druz kəndi Haderə hücum etməmək haqda İsrail qiyamçılarla anlaşma əldə edəndən dərhal sonra baş verdi. ümid edək ki, anlaşma qüvvədə qalacaq.

Qiyamçılar işarə etdilər ki, məqsədləri güneyə və Haderdən şərqə sarı hökumət qoşunlarının mövqelərini tutmaqdır, yaşayış məntəqəsinə qədər isə işləri yoxdur. Onlar qüvvələrini Minzrat Beyt-Canı tutmağa və Holan təpələrinnin mərkəzində nəzarət edilən rayonların ərazi tamlığını təmin etməyə cəmləyiblər. Qiyamçılar buradan Kuneytra-Dəməşq şose yolunu təhdid edə bilərlər.

İsrail, İsrail druzlarının Suriyadakı qardaşlarının taleyinə nevə yanaşdığını anlamaqla qiyamçılara Haderlə bağlı xəbərdarlıq etdi. Həm də buna baxmayaraq ki, haderli terrorçular bir neçə ay öncə sərhəddə İsrail hərbi patrulunun yoluna fuqas qoymuşdular. Lakin İsrail rəhbərliyi anlayır ki, Suriya druzlarının bu gün Bəşər Əsəd rejimini və “Hizbullah“ı dəstəkləməkdən başqa bir yolu yoxdur. Onlar taleyin kinayəsi ilə azlığın müdafiəçisi oldular. Yeri gəlmişkən, Haderdə kimsə deyir ki, hətta birbaşa təhlükə anında da İsrailin köməyini qəbul etməyə razılaşmayacaq.

Suriya qiymaçıları bir neçə gündənbir İsrail sərhədinə, adətən, ağır durumda olan yaralılar gətirirlər. İsrail hərbçiləri onları götürüb yaralının məhz hansı dəstəyə mənsub olduğunu soruşmadan xəstəxanaya aparırlar. Baş zabitlərdən biri deyir ki, “Hətta yaralı Əsəd sərhəddə uzansa, sorğu-sual etmədən ona kömək edəcəklər”.

İsrail xəstəxanaları əksər hallarda suriyalıların həyatını xilas etməklə 1500 yaralıya kömək edib. İsraillilərin əksəriyyəti soruşur ki, vergi ödəyənlərin pulunu yaralanmış suriyalılara sərf etmək nəyə lazımdır? Onlara cavab verə bilərəm ki, yarım ilini İsrail klinikasında keçirən, İsrail həkimlərinin həyatını xilas etdiyi kəslər gələcəkdə tezliklə İsrailə kömək etməyə hazır olacaqlar. Bu, Suriyada vətəndaş müharibəsinə münasibətdə ciddi bitərəfliklə birlikdə İsrailin gerçəkləşdirdiyi ən ağıllı yatırımlardan biridir. Müharibəyə qarışmaq cəhdi düşmən tərəflərin hamısını bir anda İsrailə qarşı birləşdirər. Lakin, deyəsən, artıq bu siyasəti ciddi sınaq gözləyir.

İndiki anda Suriyada dünyanın laqeyd nəzərləri altında artıq 300 minə yaxın adam öldürülüb. Lakin İsrail sərhədinin lap yaxınlığında qırğın başlasa, hansısa tədbirlər görmək lazım gələcək. Biz – dünyanın tam laqeydliyi müqabilində amansızcsna qətlə yetirilənlərin törəmələri – sərhədin iki addımlığında günahsız adamlara divan tutulduğunu görərkən sakit qala bilərikmi?

Bu sualı cavablandırmaq çətindir, siyasi yönləri nəzərə almaq lazımdır. Lakin əxlaqi dilemma göz qabağındadır və ağırdır.

Suriya tərəfdə Holan təpələrinin quzeyində Hader və Arnada 15 min druz yaşayır. Qiyamçılar onlara hücum etsə, İsrail sərhədi açıb-açmamaq və yaxud Suriya ərazisində təhlükəsiz zona yaratmaq haqda qərar qəbul etməli olacaq. Lakin əlini yanına qoyub oturmaq heç cür alınmayacaq. İndiki anda Haderə təhlükə yoxdur. Druzları daha çox yarım milyon adamın yaşadığı və İŞİD-lə “Cəbhət ən-Nusra”nın yaxınlaşdığı Druz yaylasındakı durum ratahsız edir. Oradan İsrail sərhədinə qədər 50 km-ə yxındır və İsrail yardım etmək gücündə deyil. Kömək daha çox İordaniyadan gözlənməlidir və iordaniyalılar, həqiqətən də, kömək edirlər. İordaniya əl-sueydli dostlara yardım edib təhlükəsizlik zolağı yaratmağa və İŞİD-in güneyə sarı yayılmasını önləməyə cəhd edir.

Druzlar heç vaxt öz dövlətlərini qurmağa çalışmayıblar. Həmişə azlıqda qalmaqla yaşadıqları dövlətə mütləq loyallıq prinsipini irəli sürüblər ki, hökumətdən dəsətk alsınlar. Lakin keçmiş Suriyada artıq hökumət yoxdur və güman etmirəm ki, gələcəkdə də olsun. Güman etmirəm ki, bizim dövrümüzdə orada Dəməşqə və köhnə sərhədlər daxilində bütün ölkəyə yenidən nəzarət edəsi hökumət olacaq. ölkə ayrı-ayrı ərazilərə bölünüb və İordaniya druz bölgəsinin möhkəmlənməsinə kömək edə bilər.

Kürd dərsi

Suriya ərazisi 1916-cı ildə Sayks-Piko müqaviləsi bağlandığı dönəmə qayıdır. Hazırda bu ölkədə tayfaların – kürdlərin, druzların, ələvilərin, xristianların və bir neçə qrupa bölünmüş sünni çoxluğun loyallığı hökm sürür. öz ərazisində olan və sosial xidmətlər göstərən yeganə sünni qrupu İŞİD-dir. Lakin İŞİD böhran keçiir və “ölümə üç yol” adıyla quraşdırılmış tamaşa yalnız bu böhranı ifadə edir. Qruplaşmanın aylıq gəliri 65 milyon dollardan 20 milyon dollara düşüb. Qərbin bombardmanından sonra gəlirin 90%-ini təşkil edən neft bu gün 70%-dən çox gəlir vermir. Qalanı vergilərdən və oğurlanmış adamlara görə ödənişdən gəlir.

Kürdlər Suriya və İraqın quzeyində bir neçə böyük uğur əldə edib növbəri dəfə sübut etdilər ki, yaxşı təlim keçmiş əsgərlər havadan dəstəklə İŞİD-i hər dəfə qaçmağa vadar edirlər. Kürdlər həmçinin anlayırlar ki, Suriya və İraqı əvvəlki sərhədlərdə bərpa etmək imkanı, demək olar, yoxdur və dövlətlərini elan etmək haqda ciddi şəkildə düşünürlər.

Ben-Qurionun İsrail dövlətinin elan edildiy ərəfədəki qeydləri bu gün kürd liderləri arasında böyük populyarlıq qazanıb. Kürdlər öz gedişlərini yalnz Türkiyənin reaksiyası əndişəsindən etmirlər, lakin burada İsrail üçün böyük imkan yaranıb. Keçmiş İraq və Suriyanın quzey ərazilərində Türkiyə və İranla həmsərhəd olacaq kürd dövləti idela müttəfiq ola bilər. Kürd liderləri ilə köhnə münasibətləri bərpa etmək və onlara dövlət yaratmaqda yardıçmı olmağın vaxtıdır. Bu xalq da bizim kimi öz tarixi boyunca türklər və iraqlılar, həmçinin suriyalılar və iranlılar tərəfdən zülmlər çəkib. İsrailin startegiysı, adətən, Yaxın Şərqdə qeyri-ərəb müttəfiqlərtin axtarışına yönəlirdi. Bu rolu 1970-ci illərdə İran, 1990-cı illərdə Türkiyə oynayırdı.

Bizim fələstinli qonşularmızdansa 40 milyon sayı olan kürd xalqı daha çox dövlət sahibi olmaq haqqına malikdir. Onlara əl uzatmaq və bölgədə yeni müttəfiq qazanmağın vaxtıdır.

< p>

Alon Ben-David

“Maariv” (İsrail), 17.07.2015