XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 21:10

BFV: “Avropa Birliyini böhrana sürükləyən Almaniyadır”

Sən demə, Avropa Birliyinin evini yıxan Almaniya imiş. Bunu nə Almaniyaya qarşı soyuq müharibə elan etmiş YAP sözcüləri, nə də iqtidaryönümlü mətbuat nümayəndələri deyir. İddia dünyanın ən ciddi maliyyə qurumlarından sayılan Beynəlxalq Valyuta Fonduna aiddir. Fond rəhbərləri konkret olaraq elə deməsə də, verdikləri açıqlamadan belə çıxır.

Strateq.az xarici mətbuata istinad edən xəbər verir ki, BFV-nun yetkililərindən Aşoka Modi Avropa Birliyindən əsl çıxması lazım olan subyektin Yunanıstan yox, Almaniya olduğunu bildirib. Yetkili qeyri-adi fikrini bu cür əsaslandırıb: “Əgər Almaniya yenidən alman markına geri dönərsə, avronun dəyəri dərhal aşağı düşər, bu da Avropadakı digər ölkələrə rəqabət etmək şansı verər, İtaliya, Portuqaliya və Yunanıstanın təkrar böyümə ehtimalı yaranar. Təxmin edildiyi kimi, Hollandiya, Belçika, Avstriya və Finlandiya da Almaniyanı təqib edər, bəlkə də yeni bir blok meydana gələr. Beləcə, dəyərini itirən avronun kursu da sabitləşər”.

Aşoka Modi belə vəziyyətdə siyasilərin də böyük divident əldə edə biləcəyinə inanır. Onun fikrincə, Almaniya Avropanı öz hegemoniyası altında tutduğu halda, onun xərclərindən boyun qaçırmaq istəyir ki, bu da ittifaqda ciddi problemlərin yaranmasına səbəb olur.