XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 13:09

İŞİD-dən növbəti vəhşilik – Ramazan bayramında çarmıxa çəkilmə

ishid_11.jpg

Qərargahı Londonda yerləşən və Suriya müxalifətinə yaxınlığı ilə seçilən “Suriyada İnsan Haqları İzləmə” təşkilatının verdiyi məlumata görə Ramazan bayramında İŞİD oruc tutmayanları dəmir qəfəslərə salaraq küçə və meydanlarda nümayiş etdirib. Oruc tutmayanlara 70 qırmanc zərbəsi vurulub və bundan sonra onlar çarmıxa çəkilib.

“Suriyada İnsan Haqları İzləmə” təşkilatının məlumatları Suriyada fəaliyyət göstərən humanitar təşkilatların nümayəndələrindən və həkimlərdən məlumat aldığı bildirir. Bu barədə “Alman dalğası” məlumat yayıb.

“Alman dalğası” xatırladır ki, bu həftə Suriyada vali kimi fəaliyyət göstərən İŞİD-in iki yüksək vəifəli təmsilçisi hava hücumu nəticəsinə öldürülüb. İraq ordusu isə Anbar vilayətini geri almaq üçün İŞİD-ə qarşı hücuma başlayıb.

Strateq.az