XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 13:48

Merkelin fələstinli qızcığazı ağlatması sensasiya yaradıb – Foto

Merkel_1.jpg

Almaniya kansleri Angela Merkelin fələstinli qızı ağlatması və onunla dialoqu ölkənin sosial şəbəkələrində əsil partlayış effekti verib.

A.Merkel Rostok şəhərində “Almaniyada yaşamaq necə yaxşıdır!” devizi ilə keçirlən məktəblilərlə görüşdə iştirak edib. Tədbirdə alman dilində yaxşı danışan fələstinli qızcığaz Reem tezliklə Livana deportasiya ediləcəyindən şikayət edib. Burada təhsil almağı və yaxşı oxumağı çox istədiyini deyən qızcığaz gözləri yaşararaq “təəsüf ki, bu həyatı başqaları ilə bölüşə bilməyəcəm”, – deyib.

“Mən başa düşürəm, amma siyasət hərdən çox sərt olur. Mən səni çox bəyənirəm. Amma sən başa düşməlisən ki, Livanda fələstinlilərin qaçqın düşərgəsində minlərlə insan yaşayır və biz onların hamısını qəbul edə bilmərik”, – deyə kansler cavab verib.

Görəndə ki, qız ağlamaq həddinə çatıb, Merkel onun çiyninə sığal çəkərək təsəlli verməyə çalışıb.

Sonrakı gün isə Twitter sosial şəbəkəsində #Merkelstreichelt ( “Merkelin nəvazişi “) haştaqı birinci yerə çııxb. Müzakirərə qatılanların bir hissəsi kansleri mərhəmət hisslərindən məhrum olmaqda ittiham ediblər. Digərləri isə əksinə, onun istənilən siyasətçi üçün mürəkkəb sayılacaq bir vəziyyətdə soyuqqanlığılnı itirmədiyini və yalan danışmadığını bəyəniblər.

Alman KİV-nin məlumatına görə, 2014-cü ildə ölkədən 10800 nəfər deportasiya olunub. Bu il isə 400 min nəfərin qaçqın statusu almaq üçün müraciət ecəcəyi gözlənilir, bu isə ötən illə müqayisədə iki dəfə çoxdur.

Strateq.az