XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 16:43

XX əsrin sui-qəsdləri: Prezident de Qollu niyə öldürmək istəyirdilər? – Araşdırma

II Dünya Savaşından sonra indiki Qərbi Avropanın siyasi arxitekturasının əsas müəlliflərindən biri Şarl de Qolldur. De Qoll Fransa və Avropanın tarixində müstəsna rol oynamış əzəməti siyasətçilədəndir.

Qeyd edək ki, “Avropanın avropalaşdırılması”, yəni ABŞ-ın diqtəsindən qurtulması ideyası ona məxsusdur. Və de Qoll bütün siyasi karyersı boyu buna nail olmağa can atıb. Bununla belə…

Ona qarşı dəfələrlə sui-qəsd hazırlanıb, amma hamısı uğursuzluğa tuş olub. Nə üçün dövrünün ən məşhur prezidenti tez-tez qatillərin hədəfinə çevrilirdi? Niyə bu qədər çox adam ona ölüm arzulayırdı?

23 avqust 1962-ci il, Paris. Fransa prezidenti Şarl de Qoll bu ərəfədə daha bir sui-qəsdə məruz qalsa da, adəti üzrə işə başlayır. Lakin o da, onu qoruyan insanlar da bilirlər ki, kimsə tezlikə buna yenidən cəhd göstərəcək. ötkəm, əyilməz insan olan de Qoll uzun illər ərzində özünə xeyli düşmən qazanıb. Lakin ona pislik arzulayanlardan ən təhlükəlisi Fransa ordusunun keçmiş zabitlərinin gizli qruplaşmasıdır. Onlar Fransanın keçmiş müstəmləkəsi Əlcəzairə müstəqillik bağışladığına görə ona nifrət edir və həqarətlə baxırlar. Zabitlər bunu satqınlıq kimi qiymətləndirirlər. Fransanın satqını hesab etdikləri insan məzara gömülməyincə onlar sakitləşməyəcəklər.

Quzey Afrika dövləti Əlcəzair 1830-cu ildən Fransanın müstəmləkəsi idi. Oradakı rejimi Fransanın xarici legionu saxlayır. Bura Fransa üçün dənizin o tayındakı ən qiymətli ərazilərdən biridir. Lakin Əlcəzair 40-cı illərin sonu, əllinci illərin əvvəlində nadinc müstəmləkəyə çevrilir. Yerli əlcəzairlilərin əksəriyyəti davam edən fransız işğalından narazılığını bildirir. Bütün ölkə üzrə müqavimət qrupları meydana çıxır. Onlardan ən güclüsü Milli Azadlıq Cəbhəsidir (MAC).

Narazılıq 1954-cü ildə açıq üsyana keçir. Əlcəzair millətçiləri qanlı əməliyyatlara, təxribat və qırğınlara başlayırlar. Fransa hökuməti cavab zərbəsi endirir. Mübarizə uzun və ağır çəkir, hər iki tərəfdən böyük itkilər var. Fransanın silahlı qüvvələri, nəhayət, 59-cu ilin yazında üstünlük qazanır. Lakin prezident de Qoll hiss edr ki, güzəştə getməyin zamanıdır. O, əvvəlki kimi hesab edir ki, fransızlar yalnız qüvvənin yardımı ilə Əlcəzairi nəzarətdə saxlaya bilər. Lakin həm də başa düşür ki, bu, çətin ki, dünyanın digər liderlərinə xoş gələr. Və o, sıradakını təklif edir: qoy Əlcəzair tədricən müstəqilliyə doğru hərəkət etsin.

Bu, Əlcəzairdəki fransız mühacirlərini hiddətləndirir. Və de Qoll iki üsyanı boğmaq üçün ordunu köməyə çağırmalı olur. Lakin ordunun özündə də sərt addımların tərəfdarları var. Onlar qəti şəkildə Əlcəzairin müstəqillik qazanmasına imkan verməmək əzmindədir.

20 yanvar 1960-cı il, Əlcəzair. özünü Fransa Milli Cəbhəsi adlandıran davakar əhvala köklənmiş mühacirlər qrupu Əlcəzairin paytaxtı Əlcəzairdə qiyam təşkil edib “barrikadalar həftəsi” deyilən müddətdə küçələri bağlayıb dövlət binalarını ələ keçirdir.

Yerli jandarma buna son qoymaq üçün əlindn gələni edir. Lakin onlar pis silahlanıb və qiyamçılar avtomat silahlardan atəş açan kimi başıpozuq halda geri çəkilirlər. 14 jandarm ölüdürülür, 120-si yaralanır. Ordu isə işə qarışmağa meylli deyil. O, bütün sipərləri tanklarla asanlıqla dağıda bilərdi. Yerli komandirlər bundan imtina edirlər. Onlar hesab edirlər ki, bu, daha çox qan axıdılmasına gətirib çıxardar.

Bəzi paraşütçülər qiyamçıları əsir götürmək əvəzinə onlarla qardaşlaşırlar.

De Qoll qəzəblənir. O əmr edir ki, qiyam təcili yatırılsın. Ordu, nəhayət, fəaliyyətə başlayır. 20 qiyamçı öldürülür. Bir həftədən sonra qiyam yatır. Başçılar tutularaq həbsə atılır. Lakin nəyin bahasına olursa-olsun, Əlcəzairi əldə saxlamaq istəyən bir neçə kütbeyin inadkar hələ qalır.

1961-ci iln yanvarında de Qoll Əlcəzairin müstəqilliyi üzrə referendum keçirməyi təklif edəndə onlar toplaşırlar ki, daha çox OAZ kimi tanınan silahlı gizli təşkilat yaratsınlar. Qurumun məqsədi Əlcəzairi Fransanın nəzarəti altında saxlamaqdır. OAZ öz məqsədi naminə ən ifrat addımlara hazırdır. Hətta Fransanın dövlət başçısı Şarl de Qollun öldürülməsinə də.

OAZ-ın lideri Fransanın Əlcəzairdki qoşunlarının keçmiş baş komandanı, de Qollun Əlcəzair siyasətinə qəzəb əlaməti olaraq İspaniyaya getmiş general Raul Salanodur.

Bir vaxtlar Parisin hərbi qubernatoru olmuş Salanoya elə glir ki, de Qoll şəxsən ona xəyanət edib. İndi ona de Qollun ölümü lazımdır…

Şarl de Qoll 1890-cı ildə Fransanın Lill şəhərində orta zümrəyə məxsus ailədə anadan olub. O, 1912-ci ildə Paris ətrafındakı Sensir nüfuzlu hərbi akademiyasını bitirir və piyada alayında kiçik leytenant vəzifəsində işə başlayır. İki ildən sonra Fransa Almaniyaya qarşı müharibəyə başlayır və de Qoll 1916-cı ildə Verden yaxınlığındakı döyüşdə ağır yaralanır. Almanlar onu əsir götürür və bir müddət, ən azı, beş dəfə qaçmağa cəhd etdiyi hərbi əsir düşərgəsində qalır.

De Qoll müharibədən sonra orduda qalır. II dünya Savaşı başlayandan 8 ay sonra – 1940-cı ilin mayında zirehli tank diviziyasının komandiri olur. O özünü ən yaxşı şəkildə göstərir. Amma hər necə olsa da, Fransa 1940-cı ilin iyununda təslim olur. Hazırda general olan de Qoll məğlubiyyətə razılaşmaqdan imtina edir və Fransa müqavimət hərəkatının formalaşdırmağa başladığı İngiltərəyə qaçır.

1940-cı ilə avqustun 2-də Fransanın yeni oyuncaq Vişi hökumətinə xəyanətə görə onu qiyabi olaraq ölüm cəzasına məhkum edirlər. Lakin 4 il sonra 1944-cü il avqustun 26-da müttəfiqlər alman qoşunlarını bütün Avropa üzrə sıxışdıranda de Qoll azad Fransa ordusunun başında Parisə qalibiyyətlə qayıdır və birbaşa Notr-Dam kilsəsinə ibadətə yollanır. Lakin de Qoll və onun yanındakılar bilmirlər ki, yolboyu bir neçə alman snayperi gizlənib. Onlar atəş açırlar. Güllələr de Qollun yan-yörəsində asfalta dəyir, lakin o, başını uca tutub inamla irəliləyir.

Hürküdülmüş parislilər yerə yatırlar, lakin cəsur və mətin de Qoll dayanmaq barədə heç düşünmür də. O, sağ-salamatdır və onu öldürməyə cəhd edən nasistlərə görə qətiyyən narahat olmur.

Şarl de Qoll 1944-cü ilin sentyabrından ölkənin əsas siyasi partiyaları arasındakı aramsız mübahisələrə qarşı etriraz əlaməti olaraq istefa verdiyi 1946-cı ilin yanvarına qədər Fransanın prezidenti olur.

O, Parisin 250 kilometrliyindəki Kolomledepliz kəndindəki evində əyləşib öz memuarlarını yazmağa başlayır.

Lakin 1958-ci ilin yayında Əlcəzairdə vəziyyət nəzərə çarpacaq qədər pisləşəndə prezident Rene Kuti ona baz nazir vəzifəsini təklif edir< /strong>. O, növbəti il ümumi seçkilərdə qeyd-şərtsiz qələbədən sonra yenidən Fransanın prezidenti olur.

22 aprel 1961-ci il, Əlcəzair. Biri Raul Salano olmaqla dörd fransız generalı Əlcəzairdə hərbi qiyama başçılıq edir. Qiyamda mindən çox paraşütçü və legioner iştirak edir. Onlar nəyin bahasına olursa-olsun Fransanın müstəmləkəsini saxlamaq istəyirlər.

De Qollun sözlərinə görə, o, əndazəsini aşmış bu satqınlıqdan hiddətlənib. O, televiziyadan hamını qiyamçılara müqavimət göstərməyə çağırmaqla alovlu bir çıxış edir və Əlcəzairdəki fransız ordusunun qiyamçıların əmrini icra etməkdən imtina eydiyini biləndə yüngüllük hiss edir.

Yerli həmkarlar ordunu dəstəkləyir və “inqilab” deyilən hadisə dörd gündən sonra başa çatır. Başçıların əksəriyyəti həbs edilir, Salano qaçmağa müvəffəq olur. O, İspaniyaya qayıdıb öz sığınacağında and içir ki, haçansa de Qolldan qisas alacaq.

Onun yoldaşlarını mayın sonunda Parisə məhkəmə prosesinə gətirib ölüm cəzasına məhkum edirlər. Salanoya da eyni hökm çıxardılır, amma qiyabi şəkildə.

Bu zaman Atlantikanın o biri sahilində Birləşmiş Ştatların hökuməti Əlcəzair hadisələrini gərgin maraqla izləyir. Onların dediyi kimi, “de Qollun Əlcəzairdən ayağı çəkilməsə”, ən sonda oranın sovetlərin bazasına çevriləcəyi Amerikanı getdikcə daha çox təşvişə salır. Bu perspektiv onları qorxudur.

De Qollun davranışı MKİ-ni o qədər narahat edirdi ki, idarənin xəfiyyələri təkcə 4 generalın baş tumamış qiyamına əl bulamamışdılar, həm də, ən azı, de Qolla bir, ya iki sui-qəsddə dolayısı ilə əlləri var idi.

Birləşmiş Ştatlar habelə bir o qədər de Qollun NATO-ya antipatiyasından da əndişəlidir. İşdir, əgər Sovetlər Birliyi hücum etsə, Avropada müdafiə ilə bağlı problemlər yarana bilər.

Lakin hamıdan daha çox OAZ-ın üzvləri de Qolldan qurtulmaq istəyirlər. Onlar əvvəlki kimi əmindirlər ki, de Qoll Əlcəzair üzərində nəzarəti zəiflətməklə öz ölkəsinə xəyanət edib.

De Qollun həyatına, ən azı, bir sui-qəsdi o zaman OAZ-la heç bir əlaqəsi olmayan, bununla belə Əlcəzairə görə de Qollu öldürmək istəyində onlarla həmfikir olan bir adam həyata keçirəcək. Bu, Fransanın Aviasiya Nazirliyinin mühəndisi polkovnik Jan Mari Bastian Kiridir. Bastian Kiri əla mütəxəssisdir. O, iki idarəolunan raket işləyib hazırlayandan sonra II dünya savaşı dövründə Almaniyanın raket dahisi Verner fom Braunun yolu ilə gedən “fransız fon Braun” kimi məşhurlaşır.

8 sentyabr 1961-ci il, Pon-Su-Sen. Axşam saat 9.35-də 3 maşın 2 polis motosiklinin müşayiəti ilə Nasional küçəsində saatda 110 km sürətlə gedir. Prezident Şarl de Qoll və arvadı Paris yaxınlığındakı Kolomledeplizdə yerləşən bağ evlərinə gedirlər. Qətlətən güclü partlayış səsi eşidilir. De Qollun maşınınn qabağında alov sütunu yüksəlir. Sanki bütün yolu alov bürüsə də, sürücü Fransis Maru idarəetmənin öhdəsindən gəlməyə çalışır. O, hər halda sürəti artırıb alovun içindən keçib gedir. Digər iki maşın əvvəlki kimi yerində qalır.

Prezidentin maşını bir neçə dəqiqədən sonra HHQ-nin Romidəki kazarmalarına yaxınlaşır.

De Qoll onun həyatına növbəti sui-qəsddən sonra da sağ qaldı. Az qala, yolun kənarındakı qum komasında gizlədilmiş bombanın qurbanı olmuşdu.

Polis həmlə yerini araşdırana qədər yol bağlanır.

Bu zaman sui-qəsdçilərdən Martial del Mandi yaxınlıqdakı Pon-Su-Sen kəndindəki kafedə gizlənib. Polis onu tezlikə tapır. Qaça bilməyəcəyini başa düşən del Mandi təlaşa düşüb hər şeyi boynuna alır.

Əməliyyatı Bastian Kiri hazırlayıb. O, Parisdə olanda uğursuzluq barədə eşidib son dərəcə dilxor olur. O, indi de Qolldan qurtulmaq arzusunda daha qətiyyətlidir.

Bu arada OAZ qanlı terror kampaniyasını davam etdirir. Fransanın şəhərlərində bombalar partladıb ölüm, dəhşət və hərc-mərclik yayır. Əlcəzairli mühacirlər də hücuma məruz qalır, yüzdən çoxu zorakı ölümlə ölür.

Lakin 1962-ci ilin yayına qədər tərəflərdən heç biri heç nəyə nail olmur.

17 iyun 1962-ci il, Əlcəzair. 350 min fransız koloniyaçısı tab gətiməyib ölkəni tərk etməyə başlayanda OAZ-la MAC barışır. De Qoll indi növbəti addımı atır.

1 iyul 1962-ci il, Əlcəzair. De Qoll ölkənin gələcəyinə dair referendum keçirəndə Əlcəzairin, demək olar ki, bütün əhalisi müstəqilliyə səs verir. De Qoll iki gündən sonra elan edir ki, Əlcəzair müstəqildir.

5 iyul 1962-ci il, Əlcəzair. Fransızların bura gəlişindən 132 il sonra Əlcəzair öz müstəqilliyini rəsmən elan edir. Lakin buna baxmayaraq, OAZ yeni gerçəkliklə barışmaqdan imtna edir. De Qoll onlarda daha çox qəzəb doğurur. Onların sözlərinə görə, “Fransanın bütün tarixi ərzindəki ən böyük xəyanətkar”dan qurtulmaq üçün indi onları heç nə dayandıra bilməz.

OAZ bir neçə il ərzində dəfələrlə prezident de Qollu öldürməyə cəhd etdi. Mitinqlərdə ona atəş açdılar, marşrutunu bilərək pusqular qurdular və yoldakı kanallara bombalar qoydular. Lakin bütün cəhdlər boşuna getdi. De Qollun mühafizəçilərinin və Fransa məxfi xidmətinin sayıqlığı sayəsində, qatillərin səriştəsizliyindən, bəzən isə sadəcə bəxtin gətirməyinə görə.

Lakin bir nəfər – Jan Mari Bastian Kiri onun özü də daxil olmaqla başqalarının uğursuzluğa düçar olduğu yerdə uğur qazanmaq istəyir. O əmindir ki, həmlə diqqətləi işlənib hazırlansa, de Qollu öldürmək tamamilə mümkündür.

De Qoll Əlcəzairə müstəqillik verəndən sonra Kiri dünyada hər şeydən daha çox de Qollu ölü görmək istəyən ölüm saçan OAZ- daxil oldu.

22 avqust 1962-ci il, Paris. Prezident de Qoll arvadı və kürəkəni polkovnik Ananan de Bosso ilə, təxminən, axşam saat 20.10-da maşınla Parisin ucqarı ilə gedirlər. Onları hərbi mühafizənin maşınları və iki motosikl müşayiət edir. De Laliberasion avenyüdəki yanacaqdoldurma məntəqəsinin yanından ötərkən yol kənarında saxlanmış furqona heç kim əhəmiyyət vermir. Furqonun dal qapıları qəflətən açılır və pulemyotun gurultusu havanı silkələyir. De Qolla növbəti dəfə hücum edildiyini başa düşən sürücü Fransis Maru sürəti qəflətən artırır. Qabaq şin partlayır, maşın valaylamağa başlayır. Maru vəziyyətdən çıxmağa çalışır.

Sonra daha bir maşın peyda olur və təqibə başlayır. Ondan prezidentin maşınına avtomat atəşi qatarı göndərilir. Arxa şüşə bir anda cilik-cilik olur. Qəflətən hərbi mühafizənin maşını hücum edənlərin qarşısına keçir. Saatda 120 km-lik sürətlə maşınlar bir-birinə dəyir. De Qollun maşını əvvəlki kimi o tərəf-bu tərəfə atlansa da, Maru onu yolda saxlamağa çalışır.

Qatillər artıq uğursuzluğa düçar olduqlarının anlayıb maşınlarını ataraq qonşu küçələrdə yox olurlar.

De Qoll yenə də sağ qaldı. Lakin bu son sui-qəsd heç vaxt olmadığı qədər öz məqsədinə yaxın idi. Güllələr prezidentin maşınını deşik-deşik
edib. De Qoll aşağı əyiləndə gülllərdən biri az qala onun başına dəyəcəkdi.

Prezidnet adəti üzrə onu öldürməyə cəhd edənlərə tam nifrət edir. O, sonradan bildirir: “Onlar, sadəcə, atəş açmağı bacarmırlar”.

Əsas zərbə yaxınlıqdakı binalara dəyib. Polis cinayət yerində yüzdən çox giliz tapdı. Hücumda istifadə edilmiş furqonu tezliklə tapırlar. Qəzetlərin hamısı hücum barədə məqalə dərc edir. Fransanın tarixində ən irimiqyaslı cinayətkar ovu başlanır. Onları sözün birbaşa mənasında Fransanın hər bir polisi axtarır və sentyabrın 5-də 8 sui-qəsdçi tutulur. Bastianın özünü 12 gündən sonra Parisin 10 km-liyindəki Burklarendəki villasında həbs edirlər.

Rəsmilər sevinirlər ki, başçıları tutublar, lakin yeddi sui-qəsdçi əvvəlki kimi azadlıqdadır.

De Qolun köhnə düşməni Raul Salanonun sui-qəsdə heç bir dəxli olmasa da, onu da həbs edib məhkəməyə verir və bir il əvvəlki Əlcəzair qiyamında iştirakına görə ömürlük həbs cəzasına məhkum edirlər.

8 fevral 1963-cü il, Paris. Paris polisi anonim məlumat alaraq de Qollun qatı düşmənlərindən daha biri, şəhərin əsas polis idarələrindən birinin yanında tərk edilmiş furqonla bağlılığı olan polkovnik Antuan Arqunu tapır.

1962-ci il 22 avqust sui-qəsdində əli olan Arqu bundan sonra Almaniyanın Münhen şəhərində sığınacaq tapır.

Arqunu furqonda aşkarlayanda polisə danışır ki, Fransanın məxfi xidməti onu oğurladıqdan sonra gizlincə Fransaya gətirib.

Sonralar Arqunu ömürlük həbs cəzasına məhkum edirlər.

4 mart 1963-cü il, Parisin hərbi məhkəməsi. Bastia Kiriyə ölüm cəzası kəsilir. O, bir həftədən sonra güllələnəcək.

De Qollun həyatına daha bir sui-qəsd təşəbbüsü olacaq.

1 iyul 1966-cı il, Paris. Bir qrup tələbə yüz kiloqramlıq bombanı furqona qoyub de Qoll Sovetlər Birliyindən qayıdandan sonra aeroportdan şəhərə getdiyi yolun kənarında saxlayır. Lakin sui-qəsdin üstü açılır. 19 yaşlı Remeya Derolo Munyenin başçılıq etdiyi sui-qəsdçilər həbs olunur. Prezidentin maşını buradan keçib Yelisey sarayına yollananda bombanı partlatmağa daha heç kim yoxdur.

Hazırda de Qolla qarşı sui-qəsd bayağılaşıb. Bunlardan biri ingilis yazıçısı Frederik Forsaytın eyniadlı əsəri üzrə çəkilmiş klassik “çaqqalın günü” filminin mövzusu oldu.

Peşəkar qatilin de Qolllu necə izləməyi və Parisdə veteranların paradı zamanı onu güclü silahla az qala öldürəcəyi kitabda təfərrüatı ilə təsvir edilib. Bu kitab uydurmadır, lakin tam şəkildə gerçək ola bilərdi. de Qoll 1969-cu il aprelin 28-də parlament islahatı üzrə referndumu uduzub istefaya gedənə qədər daha üç il prezident olaraq qaldı.

O, elə həmin vaxt İrlandiya respublikasına bayrama gedir, bundan sonra ictimai həyatdan tamamilə uzaqlaşır.

Şarl de Qoll 1970-ci il noyabrın 9-da Kolomledeplizdəki evində olarkən axşam sakitcə vəfat etdi. O, özünün 80 illiyinə iki həftə qalmış ömrünü başa vurdu.

Hesab edilir ki, de Qoll Fransanın prezidenti kimi 30-dan çox sui-qəsdə məruz qalıb. Lakin de Qoll özünün bütün qatilləri kimi qətiyyətli insan olmaqla həyatının daimi təhlükələri qarşısında aciz qalmağı inadla arzulamırdı.

Strateq.az