XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2015 - 10:18

Çeçen lider İŞİD haqqında: “Bu “İblis dövləti” Qərb yaradıb”
çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İraqda 120 dinc sakinin ölümü ilə nəticələnən terror aktı ilə bağlı fikrini bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Ramzan Kadırov faciə ilə bağlı fikirlərini özünün facebook səhifəsində bölüşüb.

“”İblis dövləti” (İŞİD-red.) bu terror aktını törətdiyini bəyan edib. Mən dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, bu dəstənin İslamla heç bir əlaqəsi yoxdur. O, qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb və bütünlüklə onlara tabedir! Müqəddəs gündə qan axıdanlara lənət olsun!” – deyə Kadırov bildirib.

Kadırov müxtəlif ölkələrdəki gənc müsəlmanların Yaxın Şərqdəki hadisələri düzgün anlamalı olduqlarını qeyd edib və İŞİD-in Qiyamət Günündə cəzasının ağır olacağını vurğulayıb.