XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2015 - 15:07

Aeroportu 10 min dollara satdılar – Alıcı Çin şirkətidir

İspaniyada bir hava limanı 10 min dollara satılıb. Halbuki, inşaatı tamamlanmayan həmin obyektə indiyə qədər 1 milyard dollar xərclənib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, “Ciudad Real” adlanan aeroportun dəyərindən 100 dəfə aşağı qiymətə satılmasının səbəbi onu inşa edən şirkətin iflas etməsidir. Bu iflasdan sonra auksiona çıxarılan hava limanını yalnız bir şirkət almaq istəyib. Auksionda başqa alternativin olmaması şirkətin işinə yarayıb.

Xəbərdə o da bildirilir ki, hava limanının satışı tam olaraq rəsmiləşməyib. Fəqət ona başqa birisinin də iddia edəcəyi gözlənilmir. Hava limanının yeni sahibi çinin “Tzaneen International” şirkətidir. Şirkət bu məkandan özlərinin Avropaya qapısı kimi istifadə edəcəklərini açıqlayıb.

10 min dollara alınan hava limanı Madriddəki “Barajas”a alternativ olarak planlaşdırılmışdı.