XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 İyul 2015 - 16:18

Fəzail Ağamalı bu qızı niyə işdən çıxardı? – AVP-də ilginc olay (FOTO)

ötən gün Ana Vәtәn Partiyasının sәdri, deputat Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı “Facebook” profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb.

Strateq.az Arqument.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, bundan әvvәl Ayşәn Ayxan Әbülfәz Elçibәyin portretini örtük fotosu etdiyi üçün işdәn çıxarılsa da, sonradan geri qaytarılıbmış.

Baş verənlərlə bağlı Ayşən Ayxan da status paylaşıb:

“Məlum olduğu kimi, hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm. Bildiyiniz uyğun vakansiyalar varsa, bildirməyinizi rica edirəm. çünki işləməyim vacibdir, hətta o dərəcədəki bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün. İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurdcasına məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür can sağlığı diləyirəm. Necə deyərlər, “kəsər dönər, sap dönər, gün gələr hesab dönər”. Müqəddəs hesab etdikləri ayda gördükləri “savab” iş mükafatsız qalmaz, ümid edirəm”.