XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 08:12

“Əmanətlərin sığortası təhlükədədir” – Ekspert
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov mətbuata
açıqlamasında bildirib ki, “Azərbaycan Kredit Bankı”nın bağlanması sığorta hadisəsi deyil və buna görə də bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək. O, bunu bankın məcburi ləğv edilməsi ilə əsaslandırıb.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib ki, icraçı direktorun açıqlaması anlaşımazdır:
“İcraçı direktorun fikrinin mətbuatda nə dərəcədə dəqiq təqdim edildiyini deyə bilmərəm. İndiyədək təkzib olunmaması göstərir ki, fikir təhrif olunmayıb. ümid edirəm Fond anlaşılmaz açıqlamaya aydınlıq gətirəcək və icraçı direktorun fikrini gücləndirəcək ciddi əsaslandıra biləcəklər. Əks halda bu fikrin fəsadları ola bilər.
Əvvəlcədən deyim ki, bu tipli açıqlamalar həm əmanətlərin sığortalanması sisteminin təkmil olmamasını təsdiq edir, həm də sığortalanma sisteminə etimadı zədələyir. Əhalinin dövlətin sığorta sisteminə illər ərzində damcı-damcı toplanan etibarının sarsılması son nəticədə ümumi bank sistemini zərbə altında qoya bilər.
Fondunun icraçı direktoru Azad Cavadovun Azərbaycan Kredit Bankından lisenziyanın alınmasını sığorta hadisəsi saymaması fikri “Əmanətlərin sığortalanması haqqında” Qanunla ziddiyyət təşkil edir. Qanunun 2-ci maddəsində sığorta hadisəsi anlayışının izahı verilib. Həmin izaha görə, iştirakçı bankın məcburi ləğv edilməsi sığorta hadisəsi hesab olunur. Mərkəzi Bankın hansısa kredit təşkilatından lisenziyanı geri alması elə onun məcburi ləğvi deməkdir.
Qanunun elə 1-ci maddəsində qeyd edilir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar ödəmə qabiliyyətini itirdikdə əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdır”.
Samir Əliyevin sözlərinə görə, 2015-ci ilin I rübünə olan məlumata görə, 7,5 milyard manatlıq əmanətin 4,1 milyard manatı (54,1%-i) qorunandır:
“Qorunan əmanətlərin isə 47%-i və ya 2 milyard manatı kompensasiya olunur. Bir sözlə, 7,5 milyardlıq əmanətin cəmisi 27%-i, yəni 2 milyard manatı ancaq Fond tərəfindən qaytarıla bilər. Ancaq Fond rəhbərini açıqlamasında sonra belə qənaətə gəlmək olar ki, bu rəqəmin özü də sual altındadır. Sabah heç kim zəmanət verə bilməz ki, Fond “sığorta hadisə baş verməyib” deyərək öhdəlikdən boyun qaçırmayacaq. Götürək, Bank of Azerbaijan ASC-ni. Müştərilə bankdan əmanətlərini geri götürməkdə əziyyət çəkirlər. Hətta bizə müraciət edənlər bunun mümkünsüz olduğunu əsas gətirir. Bankın maliyyə probemləri olmasına rəğmən, Mərkəzi Bank konkret tədbir görmür ki, “sığorta hadisəsi” baş versin və Fond əhalinin əmanətini qaytarsın. Beləcə insanlar aylarla gözləməli olur”.
Samir Əliyev bildirib ki, Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv ediləndə Fond sığortalanan əmanətlərin qaytarılmasını boynuna götürüb: “”Evrobank” Fondun üzvü olmadığından, bu vaxta qədər əmanət cəlb etməyib və ona görə həmin bankın əmanət öhdəliyi yoxdur. Ancaq Azərbaycan Kredit Bankı isə Fondun üzvü olub və banka yatırılan, illik faiz dərəcəsi 12%-dən çox olmayan əmanətlər üçün Fonda sığorta haqqı ödəyib. Belə bir vəziyyətdə Fondun yaxasını kənara çəkməsi qanunla onlara verilmiş öhdəliklərdən boyun qaçırtmaqdır. Artıq əmanətlərin sığorta sisteminin nüfuzu təhlükədədir”.
Strateq.az